Şrift:
Zəlzələzədən zərər çəkənlərələ yardım etdilər,habsə məhkum oldular
16.01.2013 [11:58] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanda zəlzələ bölgəsinə yardım apararkən həbs edilən azərbaycanlı fəallara hökm oxunub.

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində mühakimə edilən Hüseyin Rövnəqi Məliki 2 il , Bəhruz Ələvi 2 il 3 ay, Həmidrza Musəbian 2 il 6 ay, Vahid Hulusi 2 il, Bəhnam Şucai 2 il həbs cəzasına məhkum edilib. Fərid Ruhani, Həsən Rövnəqi Məliki, Şayan Vəhdəti, Murtəza İsmayılpur, Məhəmməd Ərcməndirad, Məhəmməd İsmayıl Salmanpur, Məhəmməd Əmin Salehi, Möhsün Samei, Milad Pənahipur və Əmir Runasi isə 6 ay azadlıqdan məhrum ediliblər.

Məhkəmə Nəvid Xancani barədə hələlik qərar çıxarmayıb. Bu Azərbaycanlı fəallar hökumət əleyhinə təbliğat aparmaqda və dövlətin təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə təqdirləndiriliblər.

Qeyd edək ki, mühakimə edilən Azərbaycanlılar 2012-ci il sentyabr ayında zəlzələ bölgəsinə yardım apardıqları üçün İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər. Daha əvvəl onlara qarşı irəli sürülən ittihamlardan biri zəlzələdən zərərçəkənlərə istifadə müddəti bitmiş və keyfiyyətsiz ərzaq paylamaq olub. Lakin iddiaçılar məhkəmə prosesində bu ittihamı təsdiq edən dəlil təqdim edə bilməyiblər.
Bu xəbər oxucular tərəfindən 835 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed