16.01.2013 [11:59] - Siyasət
Yanvarın 15-də Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Davam.az-ın məlumatına görə, dövlət başçısı iclasda nitq söyləyib.
Ölkə başçısı deyib ki, ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu olub. Ümumi daxili məhsul 2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz, kənd təsərrüfatı təxminən 6 faiz artıb. İnflyasiya 1,1 faiz səviyyəsindədir ki, bu, son illərdə ən aşağı səviyyədir. Əhalinin pul gəlirləri isə 13,8 faiz artıb.
”Rəsmi statistik məlumatlara görə, keçən il investisiyalar 22 milyard dollardan çox olmuşdur. Bunun 13 milyardı, bir qədər ondan çoxu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya portfelində üstünlük təşkil edir. Digər tərəfdən, 9 milyard dollara yaxın xarici sərmayənin qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün çox etibarlı tərəfdaşdır, çox cəlbedici ölkədir”.
Prezident deyib ki, Ümumdünya Davos İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir.
”Bu ilin büdcəsi də rekord səviyyədədir, 20 milyard manata yaxın olan vəsait xərclənəcəkdir…
Hazırda bizim ümumi valyuta ehtiyatlarımız 46 milyard dollar səviyyəsindədir. Hesab edirəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir”.
Sosial məsələlərin həllindən danışan İlham Əliyev bildirib ki, ötən il 20 mindən çox məcburi köçkün yeni mənzillərlə, evlərlə təmin edilib, bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək.
”Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir…
İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir”.
Ölkə başçısının sözlərinə görə, Bakıətrafı qəsəbələrin su, qaz, işıq, yollar, məktəblər, tibb məntəqələri və digər məsələlərin həll olunacaq.
İlham Əliyev deyib ki, Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir.
”Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır…
…Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik”.
Ordu quruculuğundan danışan Prezidentin sözlərinə görə, bu il büdcədə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir.
”Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik.
Ordu quruculuğu işində, əlbəttə, təkcə maddi-texniki təchizat rol oynamır, eyni zamanda, peşəkarlıq və nizam-intizam da öz rolunu oynayır. Həm peşəkarlıq, həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin bir parçasıdır. Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq. Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir”.
Enerji sahəsindən danışan ğlkə rəhbəri tarixi bir hadisəni - TANAP layihəsinin təməlinin qoyulduğunu qeyd edib:
“Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır”.
İlham Əliyev deyib ki, Nazirlər Kabinetinin ötən toplantısında neftin hasilatı ilə bağlı dediyi narahatedici sözlər Azərbaycanın tərəfdaşları tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində 2013-cü ildə neftin hasilatı sabitləşəcək.
”bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır. Çünki gələcəkdə görüləsi işlər çoxdur. “Şahdəniz–2” layihəsinin icrası, neft hasilatının uzun illər bundan sonra sabit səviyyədə saxlanması, regional layihələr, TANAP layihəsi və digər layihələr bizim əməkdaşlığımızı möhkəmləndirir. Bir daha demək istəyirəm ki, biz həm yaxşı tərəfləri, həm də narahat edən tərəfləri açıq şəkildə müzakirə etməliyik və edirik”.

Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |