Şrift:
Türkiyədə Rusiya sərmayəli şirkətlərin sayı 4 dəfədən çox artıb
17.10.2022 [07:04] - Gündəm, İqtisadiyyat, Türk dünyası-Turan
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Türkiyənin rus investorlar üçün cəlbediciliyi artıb.

Türkiyə mediasına istinadən xəbər veririk ki, xüsusilə aprel ayından başlayaraq rusların qardaş ölkədə açdığı şirkət sayında xeyli artım baş verib.
Əvvəlki illərdə Türkiyədə şirkət açan Rusiya vətəndaşları ilk onluqda idisə, bu ildən ikinci pillədədirlər. Belə ki, cari ildə 729 Rusiya sərmayəli şirkət Türkiyədə fəaliyyətə başlayıb. 2021-ci ildə bu rəqəm 177, 2020-ci ildə isə 115 olub. Şirkətlərin ümumi kapitalı isə 360 mln. lirəyə çatıb.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed