Şrift:
Tikinti materiallarının istehsalı 17 faiz artıb
18.10.2022 [07:31] - Gündəm, İqtisadiyyat
Cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 808,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, dövr ərzində tikinti gipsinin istehsalı 31,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 27,4 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 24,3 faiz, tikinti əhənginin istehsalı 17,4 faiz, asfaltın istehsalı isə 8,7 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed