18.10.2022 [07:45] - Gündəm, Siyasət
Xəbər verdiyimiz kimi, Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin XİN rəhbərləri Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini razılaşdırıb.
Avropa İttifaqı Şurasının mülki missiya ilə bağlı yaydığı rəsmi açıqlamada bildirilir ki, Aİ-nin 40 ekspertinin Azərbaycanla beynəlxalq sərhəddin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərilir.
Qeyd edək ki, missiyanın sərhəddə yerləşdirilməsi məsələsi oktyabrın 7-də Azərbaycan, Fransa prezidentləri, Aİ Şurasının sədri və Ermənistan baş nazirinin dördtərəfli görüşü zamanı müzakirə olunub.
Avropa İttifaqı missiyanın 40 nəfərdən ibarət olduğunu açıqlasa da, erməni mənbələri mülki missiyaya 400 nəfərin daxil edildiyi barədə xəbərlər yayır.
Mülki missiya 40 nəfərdən, yoxsa 400 nəfərdən ibarət olacaq?
Dövlət sərhədinin Ermənistan hissəsinə 40 nəfərlik mülki missiyanın göndərilməsi Praqa razılaşmasına uyğundur. Əgər həqiqətən də mülki missiya 400 nəfərdən ibarət olacaqsa, bu məqam həmin missiyanın fəaliyyətini və hədəflərini sual altına salır.
Aİ 40 nəfərlik ekspert qrupu ilə bağlı yaydığı məlumatda mülki missiyanın məqsədi və hədəfi yalnız bu cümlə ilə ifadə olunur: “40 ekspertin Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfdən monitorinqi, regiondakı vəziyyətin təhlili və hesabatlılıq məqsədilə göndərilir”.
Erməni tərəfinin iddia etdiyi 400 nəfərlik mülki missiyanın məqsədi və hədəfləri isə qeyri-müəyyəndir.
Sual yaranır: Avropakı bəzi dairələr bölgəyə, daha dəqiqi Ermənistana mülki missiya adı altında 400 nəfərlik ordu göndərir? Bu ordu nə ilə məşğul olacaq? Azərbaycan-Ermənistan sərhədinə hansı mübahisəli məsələləri həll edəcək?
Cavabsız suallar isə Avropadaki bəzi dairələrin mülki missiya ilə bağlı hədəfləri barədə 2 məqamı önə çıxarır:
1. Onlar Praqa razılaşmasını tələsik icra etməyi və bölgəyə soxulmağı hədəfləyir;
2. Konkret hədəflər bəlli deyil, yalnız “Ermənistan tək deyil” görüntüsü yaratmağa çalışılır.
Digər tərəfdən, Avropa İttifaqının mülki missiya göndərməsi ilə bağlı ziddiyyətli xəbərlər yayıldılığı bir zamanda Ermənistanın Azərbaycanın Daşkəsən rayonu ilə sərhəddə ağır texnika cəmləşdirdiyi müşahidə olunur. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Aİ-nin mülki missiyasının bölgəyə gəlişi ərəfəsində Ermənistanın sərhəddə hərbi aktivliyi artırması rəsmi İrəvanın yeni təxribat, müharibə planları qurmasına dair suallar yaratmaya bilməz. Sülh danışıqlarının intensivləşdiyi bir zamanda Ermənistanın sərhəddə ağır texnika yığmasına nə ehtiyac var?
Görünən odur ki, rəsmi İrəvan indi də Avropa İttifaqının arxasında gizlənərək Azərbaycana qarşı yeni təxribat planlaşdırır.
Ermənistan bundan əvvəl də təxribatlar törədib və Azərbaycanın sərt cavabı ilə üzləşib.
Hazırda isə Ermənistan üçün vəziyyət əvvəlkindən daha fərqli və çətindir:
1. Orduda hərbi texnika və şəxsi heyət çatışmazlığı pik həddə çatıb, döyüş əhval-ruhiyyəsi yoxdur;
2. İrəvanın Aİ-nin mülki missiyasının Ermənistan ərazisinə daxil olmasına icazə verməsi Moskva ilə münasibətləri daha da soyudub. Bu səbəbdən, Moskva növbəti hərbi təxribat zamanı atəşkəsin əldə edilməsi ilə bağlı heç bir səy göstərməyə bilər. Moskvanın hərəkətsizliyi Ermənistanın işini daha da çətinləşdirəcək və Azərbaycan qarşısında çıxılmaz vəziyyətə qoyacaq.
Ermənistanın Avropa İttifaqı, Fransa və ABŞ-dan hərbi yardım ala biləcəyinə ümid edərək təxribata cəhd etməsi isə İrəvan üçün fəlakətlə nəticələnə bilər. Çünki region ölkələri (Azərbaycan, Türkiyə, İran, Rusiya) qeyd edilən dövlətlərin bölgədə hərbi mövcudluğuna qarşıdır və hər vəclə İrəvanın regiona beynəlxalq oyunçuları cəlb etməklə bağlı cəhdlərinin qarşısını almağa çalışacaqlar. Nəticədə köməksiz qalan İrəvan növbəti dəfə törətdiyi təxribatın ağır nəticələri ilə üzləşməyə məcbur olacaq.

Bu xəbər oxucular tərəfindən 304 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |