Şrift:
Azərbaycanın iki güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib
19.10.2022 [07:04] - Gündəm, İdman
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Davam.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millimizin 2 üzvü mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində qazaxıstanlı Oljas Sultana qalib gəlib - 5:0. N.Məmmədli səkkizdəbir finalda hindistanlı Sumit Sumitə heç bir şans tanımayıb - 9:0. Təmsilçimiz dörddəbir finalda ukraynalı Vladislav Kuzkoya gücünü göstərərək (4:1) adını yarımfinala yazdırıb. Millimizin üzvü yarımfinalda qırğızıstanlı Nurmuxammet Abdullayevə 3:1 hesabı ilə qalib gələrək finala adlayıb. N.Məmmədli həlledici görüşdə türkiyəli Kerem Kamalla qarşılaşacaq.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə fransalı Yanis Nifrini 7:2 hesabı ilə üstələyib. Q.Qurbanov səkkizdəbir finalda estoniyalı Randel Uiboya vaxtından əvvəl qalib gəlib - 8:0. Güləşçimiz növbəti mərhələdə iranlı Əmir Abdini sonuncu xal prinsipinə əsasən (1:1) məğlub edərək yarımfinala yüksəlib. Güləşçimiz yarımfinalda ukraynalı İrfan Mirzoyevə 7:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Q.Qurbanov finalda xorvatiyalı Pavel Puklaveçlə üz-üzə gələcək.

Bu çəki dərəcələrində medal qarşılaşmaları oktyabrın 19-da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed