16.01.2013 [16:15] - Xəbərlər, Gənclik
Yüzlərlə ölkə vətəndaşı Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə dünyasını dəyişən əsgər Ceyhun Qubadovun ölümünə etiraz əlaməti olaraq aksiya keçirdi. Aksiyanın keçirilməsi ilə bağlı iş aparan gənclər prosesə xeyli sayda gəncin qatılmasına nail olublar. "Əsgər ölümlərinə son!" şüarı altında keçirilən aksiya izdihamlı olması ilə fəqlənib. Bu aksiyanı digərlərindən fəqləndirən cəhət ondan ibarət idi iki, ərazidə xeyli sayda polis qüvvəsi olmasına baxmayaraq, aksiya dağıdılmayıb. Aksiyadan sonra onun ətrafında müxtəlif informasiyalar yayıldı. Hətta aksiyanın dövlət tərəfindən təşkilinə dair fikirlər səsləndi.
Məsələ ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının sədri Seymur Həsənlinin fikirlərini öyrəndik.
Mən çox təəssüf edirəm ki, Azərbaycan gəncliyi adından keçirilən "Əsgər ölümünə son" adlı aksiyadan sonra bəzi qüvvələr yalnış informasiyalar yaymağa cəhd etdilər. Bu aksiya Azərbaycan gəncliyi adına təşkil olunub keçirildi. Ondan kimsə öz şəxsi maraqları üçün istifadə edirsə, elə şərəfsizin ən böyüyü odur. Həmin gün Fəvvarələr meydanına mindən yuxarı gənc gəlmişdi. Dövlət də aksiyanın sosial bazasından xəbərdar olmamış deyildi. Həm də saf niyyətli aksiya idi. Öldürülən əsgər sabah digər bir vətəndaşın qardaşı, ya oğlu ola bilər. Ona görə, bizlər bu halın bir daha baş verməməsi üçün getdik aksiyaya. Aksiya Azərbaycan gəncliyi adına, təyin olunan yerdə yüksək səviyyədə keçirildi, sağlam şüarlar səsləndi və bitdi. Sonradan bəzi qüvvələr gah YAP-ın önündə, gah da aksiya təyin olunan yerdən tam fərqli istiqamətdə və başqa zamanda aksiyanın mahiyyəti ilə uyuşmayan şüarlar səsləndirib, təxribat törədiblər və polis tərəfindən qarşısı alınaraq həmin şəxslər həbs olunub. Bəzi dostlarımız da səhv salınıb onların sırasında getmişdi. Amma iki saat müddətində aydınlaşdırılıb azad etdilər onları. Amma məlum oyunu oynayanlar həbs olunub cərimələniblər və indi də başlayıblar 5 qəpikdən dilənçiliyə. Cəriməsini ödəyə bilməyəcəyin bir qanun pozuntusunu niyə edirsən? Lap ediblər. Partiyaları belə kasıbdır həmin pulu ödəməyə? Yazıq kimi görünüb hesablarına yatırılan pulları sadə insanlardan gizlədə bilərlər ancaq.
Hələ bəziləri guya aksiyada polis polkovnikinin kürd dilində əmr verməsinə dair video yaydı. Halbuki həmin kadrın bu aksiyaya heç bir aidiyyəti yox idi. Biz videonu araşdırmaya verdik. Məlum oldu ki, video montaj olunub və sonradan əlavə olunan səsin hansı dildə olduğu heç anlaşılmır. Bu dirənişimizi görəndən sonra, videonun başlığını (birinci başlıq "polis kürdcə əmr verir") dəyişib, "polis hansı dildə əmr verir" yazdılar. Biz bütün bu oyunların hansı ölkələrdən qaynaqlandığını yaxşı bilirik və bütün addımlarda ağlımızla qərar verib addımlayacayıq.
Ədil Ədilzadə/“Ədalət” qəzeti

Bu xəbər oxucular tərəfindən 1599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |