Şrift:
İşsizlər evlənə bilməyəcək
16.01.2013 [16:37] - Sosial
Azərbaycanda gənc ailələrlə bağlı yeni hazırlanan "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsində yeni əlavələr olub və bu, yaz sessiyasında Milli Məclisin Sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq. Qanunda nəzərdə tutulan maraqlı məqamlardan biri odur ki, nikaha girənlərdən biri işləməli, işsiz qalmamalıdır. Yəni işləməyən insanların nikaha girməsi çətinləşəcək. Ailə həyatı qurmaq üçün işləmək önəmlidir, amma bir sual ortaya çıxır, qadınmı işləməli, yoxsa kişimi? Nikahda hər iki tərəf bərabər hüquqludursa, ailənin dağılmamasında iş amilinin nə kimi rolu var? Sosioloq Yunis Mərd ailə qurarkən kişinin işləməsinə diqqət yetirilməsini önəmli hesab edir. Dediyinə görə, qanun layihəsinə dəyişikliyin edilməsi, cəmiyyəti boşanma bəlasından az da olsa xilas edəcək. Çünki hazırda evliliklərin çoxu məhz iqtisadi problemlər nəticəsində dağılır. Boşanmalara çox zaman başqa səbəblər göstərilsə də ilk səbəb maddi problemlər, işsizlikdir. Müsahibim hesab edir ki, bəzi kişilər işləyən qızlarla evlənməyə üstünlük verir. Çünki onlar ailə quracaqları xanımın maddiyyatından yararlanmaq istəyir. "Yaxşı olar ki, ailə qurarkən kişinin işləməsi faktı önə çəkilsin. Çünki qadının çalışacağı ailədə mehribanlıq uzun müddət davam edə bilməz. Qadın ailədə öz üstünlüyünü hiss etdiyi zaman ailədə münaqişələr yaranmağa başlayır. Yalnız qadının çalışdığı ailəni normal ailə hesab etmək olmaz. Belə ailədə qadın kişi, kişi isə qadın rolunda olacaq".
Sosioloqun fikrincə, belə xüsusiyyətlər Azərbaycan ailəsinə yaddır. Çünki biz hər zaman ailədə kişinin sözünün keçməsininin şahidi olmuşuq. "Qadının əlinə baxan kişinin ailədə sözü keçə bilməz. Azərbaycan ailəsi hər zaman kişini başının tacı, ailənin böyüyü hesab edib. Qadının çalışması ailəyə kömək kimi qəbul edilə bilər. Bu səbəbdən qanuna dəyişiklik edildiyi zaman kişinin çalışması irəli sürülməlidir".
Qadının çalışmasını qəbul edilən hal sayan zərif cinsin nümayəndələrinə görə, amma nikaha girən zaman qadının çalışmasına üstünlük vermək olmaz. 26 yaşlı Nərgiz Sultanova deyir ki, qadın işsiz kişi ilə ailə qurursa, bu, onun bütün xərclərini öz üzərinə götürməsi deməkdir: "Mən bankda çalışıram. Heç bir zaman çalışmayan oğlanla ailə qurmaram. Çünki düşünəcəyəm ki, o, ancaq mənim işimə görə mənimlə evlənir. Ailə qurarkən tərəflərin maddi vəziyyəti bərabər olmalıdır. Qadın işləməsə də olar, amma kişi mütləq işləməlidir".
N.Sultanova hesab edir ki, işsiz oğlanla ailə quran qızların əksəriyyəti ancaq müvəqqəti olaraq, "ailə qurmaq xatirinə" ailə qurur. Və nəticə etibarilə bu, boşanmaya gətirib çıxarır.
Psixoloq Bahar Qafarova hesab edir ki, ailə qurarkən tərəflərdən birinin çalışmasına önəm verilməsi barədə qanun dəyişikliyi olarsa, həmin o "biri" mütləq kişi olmalıdır. Onun fikrincə, əks halda uzunömürlü ailədən söhbət gedə bilməz.
Azərbaycanda gənc ailələrlə bağlı yeni hazırlanan "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsində yeni əlavələr olub və bu, yaz sessiyasında Milli Məclisin Sosial siyasət komitəsində müzakirəyə çıxarılacaq. Qanunda nəzərdə tutulan maraqlı məqamlardan biri odur ki, nikaha girənlərdən biri işləməli, işsiz qalmamalıdır. Yəni işləməyən insanların nikaha girməsi çətinləşəcək.
Ailə həyatı qurmaq üçün işləmək önəmlidir, amma bir sual ortaya çıxır, qadınmı işləməli, yoxsa kişimi? Nikahda hər iki tərəf bərabər hüquqludursa, ailənin dağılmamasında iş amilinin nə kimi rolu var? Sosioloq Yunis Mərd ailə qurarkən kişinin işləməsinə diqqət yetirilməsini önəmli hesab edir. Dediyinə görə, qanun layihəsinə dəyişikliyin edilməsi, cəmiyyəti boşanma bəlasından az da olsa xilas edəcək. Çünki hazırda evliliklərin çoxu məhz iqtisadi problemlər nəticəsində dağılır. Boşanmalara çox zaman başqa səbəblər göstərilsə də ilk səbəb maddi problemlər, işsizlikdir. Müsahibim hesab edir ki, bəzi kişilər işləyən qızlarla evlənməyə üstünlük verir. Çünki onlar ailə quracaqları xanımın maddiyyatından yararlanmaq istəyir. "Yaxşı olar ki, ailə qurarkən kişinin işləməsi faktı önə çəkilsin. Çünki qadının çalışacağı ailədə mehribanlıq uzun müddət davam edə bilməz. Qadın ailədə öz üstünlüyünü hiss etdiyi zaman ailədə münaqişələr yaranmağa başlayır. Yalnız qadının çalışdığı ailəni normal ailə hesab etmək olmaz. Belə ailədə qadın kişi, kişi isə qadın rolunda olacaq".
Sosioloqun fikrincə, belə xüsusiyyətlər Azərbaycan ailəsinə yaddır. Çünki biz hər zaman ailədə kişinin sözünün keçməsininin şahidi olmuşuq. "Qadının əlinə baxan kişinin ailədə sözü keçə bilməz. Azərbaycan ailəsi hər zaman kişini başının tacı, ailənin böyüyü hesab edib. Qadının çalışması ailəyə kömək kimi qəbul edilə bilər. Bu səbəbdən qanuna dəyişiklik edildiyi zaman kişinin çalışması irəli sürülməlidir".
Qadının çalışmasını qəbul edilən hal sayan zərif cinsin nümayəndələrinə görə, amma nikaha girən zaman qadının çalışmasına üstünlük vermək olmaz. 26 yaşlı Nərgiz Sultanova deyir ki, qadın işsiz kişi ilə ailə qurursa, bu, onun bütün xərclərini öz üzərinə götürməsi deməkdir. "Mən bankda çalışıram. Heç bir zaman çalışmayan oğlanla ailə qurmaram. Çünki düşünəcəyəm ki, o, ancaq mənim işimə görə mənimlə evlənir. Ailə qurarkən tərəflərin maddi vəziyyəti bərabər olmalıdır. Qadın işləməsə də olar, amma kişi mütləq işləməlidir".
N.Sultanova hesab edir ki, işsiz oğlanla ailə quran qızların əksəriyyəti ancaq müvəqqəti olaraq, "ailə qurmaq xatirinə" ailə qurur. Və nəticə etibarilə bu, boşanmaya gətirib çıxarır.

Günel CƏLİLOVA
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed