Şrift:
Ərdoğan Rusiyadan yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə ümid etdiyini bildirib
24.10.2022 [06:58] - Gündəm, Siyasət, Türk dünyası-Turan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında İstanbulda bağlanmış taxıl sazişinin inkişafı çərçivəsində Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

Bu barədə Türkiyə prezidenti ölkənin cənub-şərqindəki Diyarbakır şəhərində gənclərlə söhbət zamanı deyib.

"[Rusiya Prezidenti Vladimir] Putinlə sonuncu söhbətində biz Rusiyadan yoxsul ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirik ki, bu problemi həll edə bilərik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə kasıb ölkələri, o cümlədən Afrikanı təkcə taxılla deyil, gübrələrlə təmin etmək üçün addımlar atıb: "Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə problemlərini həll etmək üçün kömək etmək lazımdır".
Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed