17.01.2013 [09:34] - Gündəm, Güney Azərbaycan xəbərləri
İran prezidenti Mahmud Əhmədinejad yanvarın 16-da parlamentdə çıxış edərək ölkənin iqtisadi durumundan və digər problemlərindən danışıb.
Əhmədinejad deyib ki, beynəlxalq sanksiyaların ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün ölkənin neft gəlirlərindən asılılığına son qoymaq lazımdır: “Düşmənlər bizə qarşı ən ağır sanksiyalar qoyduqlarını iddia edirlər. Misal üçün, neft satışı məhdudlaşdırılıb, İran Mərkəzi Bankı sanksiyaya məruz qoyulub və bank sistemi mübadilələrinə xələl gətirilib. Sanksiyaların müəyyən problemlər yaratması sözsüzdür. Düşmənlər bir yandan xalqa təzyiq göstərib ondan intiqam almağa cəhd göstərir, digər yandan isə ölkənin inkişaf prosesini dayandırmaq məqsədilə hökuməti təzyiq və sıxıntıya məruz qoymağa çalışır”.
İran prezidenti bildirib ki, sanksiyalar qarşısında üç seçim var: “Bu yollardan biri düşmənə təslim olmaqdır. Digəri indiki vəziyyəti davam etdirmək, üçüncü seçim isə mövcud imkanlardan yararlanaraq ölkənin iqtisadi strukturunda dəyişiklik etmək və bu yolla sanksiyalar maneəsini aşıb düşməni məyus etməkdir. Hesab edirəm ki, göstərilən bütün təzyiqlərə baxmayaraq ortaq bir qərarla bu məsələyə son qoymalıyıq. Məsələn, Qərb bizdə benzinə tələbatın çox olduğunu nəzərə alaraq onun ölkəyə idxalına sanksiya qoydu. Lakin biz daxili imkanlarımızdan faydalanaraq benzin idxalını sıfıra endirib Qərbin planlarını puça çıxarda bildik”.
Əhmədinejad subsidiyaların ləğvi müqabilində vətəndaşlara verilən aylıq minimum maddi yardımla bağlı hökumətlə parlament arasında hər hansı ixtilafın olduğunu təkzib edib: “Düzdür, bu haqda bəzi fikir ayrılıqları var. Lakin bunlar həll olunası məsələlərdir. Çünki niyyətimiz birdir. Bizim parlamentlə davamız yoxdur, aramızda da heç bir ixtilaf mövcud deyil. Hesab edirəm ki, bu problemləri həll etmək və böyük işlər görmək üçün hamımız əl-ələ verməliyik. Güclü iqtisadiyyat üçün vahid idarəçilik mərkəzi olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, paralel idarəçilik mərkəzləri ilə buna nail olmaq mümkün deyil. Əzizlərim! Güman edirəm ki, xalça toxumağı bacaran insanlar həsir üstündə yaşamamalı, neft dənizi üzərində oturan bir xalqın isə kasıbı olmamalıdır”.
Əhmədinejad çıxışını bitirəndən sonra bəzi deputatlar ondan parlamentdə qalıb deputatların çıxışlarına qulaq asmağı xahiş edib. Amma Əhmədinejad bunu rədd edib: “Mənim proqramım həqiqətən əvvəlcədən tənzimlənir. Ona görə məni üzrlü bilin. Qalsın başqa vaxta. Nə vaxt istəsəniz bir vaxt təyin edin, mən də gəlib 4 saat oturub sözlərinizə qulaq asaram”.

Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |