25.10.2022 [07:25] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən olduqca ciddi məsələyə toxunub.
Ölkə başçısı bildirib ki, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, - on milyonlarla qan qardaşlarımızı, - dəstəkləyəcəyik: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Bu bəyanatla İlham Əliyev doğrudan da 50 milyonluq bir xalqın prezidenti olduğunu bir daha açıq mətnlə bəyan etmiş olur. Bu bəyanatdan ən çox soydaşımızın yaşadığı İrana hansısa pay düşürmü?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda dünyada yaşayan bütün azərbaycanlıların qəlbi Azərbaycan dövləti ilə döyünür: “Mən Azərbaycanda doğulmuş soydaşlarımızın, həmçinin digər türk respublikalarında doğulmuş və dünyanın hər yerində olanların ortaq davranışlarının , bir-birinə sahib çıxmalarının tərəfdarıyam. Təbii ki, Azərbaycan dövləti ilə müxtəlif yerlərdə yaşayan insanlar arasında qarşılıqlı himayə mexanizmi olmalıdır. Biz bunu dəfələrlə demişik. Diaspor Komitəsinin işi də bu olmalıdır. Onu qurmaq lazımdır. Kimin xoşuna gəlir-gəlmir özü bilər. Məsələn, İranın xoşuna gəlməyə bilər. Amma bu reallıqdır ki, 40 milyonluq insanımız tarixi, coğrafi ərazilərimiz olan Güney Azərbaycanda yaşayır. Bir ədalətsizlik oldu, 1828-ci ildə Azərbaycanı böldülər. İran istəsə də, istəməsə də, Türkmənçay müqaviləsinin özünü belə təftiş etmək olar. 2010-cu ildə parlamentdə ilk çıxışımı Türkmənçay müqaviləsinin qüvvədən düşməsini tanıma haqqında qərar qəbul olunması tələbi ilə başladım. Çünki Azərbaycanı bölən imperiyalardan birinin varisi olan SSRİ artıq yoxdur. Onun tərkibində qurulmuş Şimali Azərbaycan Respublikasında dövlət qurulubdur. Həm Rusiya, həm də İranın özü BMT tərəfindən Azərbaycan əraziləri tanınanda bizi dövlət kimi tanıyıblar. Dünyanın harasında olursa olsun, hər bir dövlət öz soydaşlarına sahib çıxır. Rusiya hətta başqa bir yerdə yaşayan rusa bir təhdid olarsa, onu Rusiya dövlətinə qarşı təhdid kimi qəbul edir və hərbi müdaxilə imkanlarını özündə saxlayır. Azərbaycan dövlət başçısının dediyi bu məsələ mədəni bir yanaşmadır. Biz harda olursa olsun, soydaşlarımızla mədəni-iqtisadi əlaqələrimizi daha çox qurmalıyıq. Dünya azərbaycanlıları bundan ruhlanacaqdır. Azərbaycan iqtisadi inkişaf üçün çox əhəmiyyətlidir. Həm bura investisiya qoyacaqlar, həm öz mənafelərini müdafiə edəcəklər. İran hazırda bizi hədələyir, Ermənistanı qucağına basır. Nədənsə, 30 ili idi səsini çıxarmırdı. İran başa düşməlidir ki, onun ordusunun böyük bir hissəsini azərbaycanlılar təşkil edir. Hər kəsi öz ad ilə çağırmalıyıq. Dostu dost, düşməni də düşmən kimi. Prezidentin çağırışı yerində olan formadı. Bunun həm siyasi, həm də mədəni çəkisi var. Dünyadakı bütün soydaşlarımız və bütün türk dünyası bunu müdafiə etməlidir”.
Mıhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 541 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |