25.10.2022 [18:39] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İsrail ilə əməkdaşlıq Azərbaycan, Türkiyə və bütün Türk dünyasının təhlükəsizliyi üçün önəmlidir”.
Bu sözləri Ednews - a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib. Onun sözlərinə görə, son zamanlar İran Azərbaycana qarşı təxribatyönümlü davranışlar sərgiləyərək, Ermənistanla sıx təmasları barədə göstəriş nümayiş etdirir.
“İranın hərəkətləri göz qabağındadır. Hər zaman olduğu kimi cənub qonşumuz ermənipərəst mövqedədir və saxta din təşəbbüskeşliyi altında ölkəmizə qarşı çirkin siyasət yeridir, təxribatlar törətməkdən çəkinmir. İranın yalandan özünü müsəlman dünyasının lideri adlandırması onun əsl sifətini göstərir. Rəsmi Tehranın Qafanda konsulluq açması, habelə Ermənistanın sərhədlərinin toxunulmazlığını qırmızı xətt hesab etməsi riyakarlıqdan başqa bir şey deyil. Otuz il ərzində ölkəmizin torpaqları erməni işğalı altında qalanda, xalqımız erməni təcavüzündən əziyyət çəkəndə, özünü müsəlman dünyasının cəfakeşi hesab edən İran bu qanunsuz hərəkətlərə səsini belə çıxarmayıb. Hesab edirəm ki, İrana münasibətdə müyyən ciddi dəyişikliklər olmalıdır”.
Partiya sədri hesab edir ki, İsraili Azərbaycanın bir çox məsələlərdə strateji müttəfiqidir .
“Şəxsən özüm on il bundan əvvəl ictimaiyyətdə və parlamentdə İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı məsələ qaldırmışam. Dəfələrlə qeyd etmişəm ki, Azərbaycan və İsrail arasında münasibətlər yüksək səviyyədə olmalıdır. Təl-Əvivdə Azərbaycan səfirliyi mütləq açılmalıdır. Ona görə ki, bu istiqamətdə addımların atılması ikitərəfli münasibətlərin inkişaf etməsinə öz töhvələrini verəcək. Bununla belə, təhlükəsizlik baxımdan Türkiyənin və Türk dünyasının da İsrail ilə münasibətləri yaxın olmalıdır”.
Fərəc Quliyev Azərbaycan və İsrail xalqların dost xalqlar olduğunu da bildirib.
“İsrail və onun xalqı 44 günlük müharibədə Azərbaycanın yanında olub və bizimlə həmrəy olduğunu nümayiş etdirib. İsrail Azərbaycanı hər yerdə təmannasız dəstəkləyir. Hətta Təl-Əvivdə olduğum zaman, Azərbaycandan bu ölkəyə köçən yahudilərin bizi necə sevdiyənə də şahidi oldum”.

Yunis Abdullayev/Ednews.net
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |