25.10.2022 [18:42] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Qafqazın Xirosiması” adlandırılan Ağdam və Yaponiyanın Xirosima şəhərləri qardaşlaşa bilər. Bunun üçün konkret çalışmalar başlayıb. Bu barədə xəbəri Musavat.com-a Prezidentin işğaldan azad olunmuş ərazilərdəki (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov verib. O bildirib ki, Ağdamın Xirosima ilə qardaş şəhərlər olması üçün xüsusi nümayəndəliyin təmsilçiləri Yaponiyada olublar və bu barədə Xirosima şəhərinin meriyası ilə danışıqlar aparıblar.
Qərb jurnalistləri Ağdama “Qafqazın Xirosiması” adı veriblər. İlk dəfə bu ifadəni məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal işlədib. Məhz bu bənzətmədən yola çıxan Azərbaycan dövləti olduqca kreativ və maraqlı bir addım atıb. Xirosima ilə Ağdamın qardaşlaşması ideyası baş tutarsa, onun Azərbaycana hansı əhəmiyyəti ola bilər?
Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Musavat.com-a danışıb:
“Bu ideyanın kim tərəfindən irəli sürüldüyünü bilməsəm də, ideyanı çox təqdir edirəm. Elə hadisələr var ki, onlardan istifadə etmək lazımdır. Məsələn, zamanında yəhudilərə qarşı soyqırım törədilib, eləcə də 1992-ci ildə Xocalıda azərbaycanlılar amansızlıqla qətlə yetirilib. Eyni vaxtda yəhudilərlə birləşib hansısa tədbirləri həyata keçirmək olar. Həmçinin Ağdam və Xirosima şəhərləri qardaşlaşdıqdan sonra bu cür ortaq tədbirlər təşkil etmək, orta məktəblərdə paralel işlər görmək, Ağdamla bağlı yaponların dərsliklərinə, ədəbiyyatına məlumatlar salmaq çox yaxşı olardı.
Əgər Xirosimanın təxminən 3/2-i dağıdılmışdısa, Ağdam başdan-başa məhv edilib. Xirosimada heç olmasa salamat evlər qalmışdı, Ağdamda isə bir dənə də olsun salamat ev tapa bilmədik. Və yaxud Amerika Xirosimaya bomba atsa da, oradakı dini abidələri təhqir etməmişdi. Hamıya məlumdur ki, ermənilər işğal etdikləri ərazilərdə dini abidələrimizi, məscidlərimiz dağıdıb, onları təhqir ediblər, donuz saxlayıblar. Bir sözlə, əzabçəkmə ilə məşhurlaşmış bir yerlə bizdə olan ərazinin müqayisə olunması informasiya savaşında çox böyük əhəmiyyətə malikdir”.

Xalidə Gəray/Musavat.com
Bu xəbər oxucular tərəfindən 543 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |