Şrift:
Yunanıstanda erkən parlament seçkiləri keçirilə bilər
01.11.2011 [10:40] - Siyasət
«Əgər Avropa Birliyinin yeni kredit paketinə dair referendumun nəticəsi mənfi olarsa ölkədə yeni parlament seçkiləri keçiriləcək». Bu barədə Yunanıstanın inkişaf, rəqabətədavamlılıq və dəniz donanması naziri Mixalis Xrisoxoidis bəyan edib.

«Avropa Birliyinin Brüssel sammitində qəbul olunmuş qərarlara müxalifət kəskin şəkildə etiraz etdi: kütləvi etiraz aksiyaları başladı. Məhz bu səbəblər hökuməti referendum keçirməyə məcbur edir», deyə nazir bildirib.

Xatırladaq ki, Yunanıstanın baş naziri Yorqos Papandreu dünən Avropa Birliyinin yeni kredit paketinə dair referendum keçirməyi təklif edib. Baş nazir həmçinin parlamentdən hökumətə etimad məsələsini müzakirə etməyi tələb edib. Sol mərkəzçi PASOK partiyasının yunan parlamentində hazırda 153 yeri var. 2009-cu ildə parlament seçkilərində qalib gələn PASOK o zaman 160 yerə sahib idi. Lakin iki il ərzində partiya parlamentdəki 7 yerini itirib.
Bu xəbər oxucular tərəfindən 1102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed