26.10.2022 [07:04] - Gündəm, Siyasət
Kanadanın Monreal şəhərində II Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətləri ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya şəhərin mərkəzində yerləşən Viktoriya Meydanı Parkında (Victoria Square Park) baş tutub.
Aksiya zamanı şəhər sakinlərinin diqqəti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumlarına, Azərbaycan torpaqlarında yaratdığı mina probleminə və Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqlara cəlb edilib. “Ermənistanın təcavüzünü dayandırın!”, “Ermənistan uşaqları öldürür!”, “Gəncə şəhəri üçün dua et!”, “Bərdə üçün dua et!”, “Ermənistanın terroruna son qoyulsun!”, “Mülki vətəndaşlara hücumları dayandır!” kimi şüarların əks olunduğu fotomateriallar nümayiş etdirilib.
Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarlarını səsləndiriblər.
Aksiya ilə maraqlanan şəhər sakinlərinə Qarabağ münaqişəsinin tarixini, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini, Ermənistan silahlı qüvvələrinin dəhşətli müharibə cinayətlərini, son hərbi təxribatları, Azərbaycan dövlətinin beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan qurtardığını və ərazi bütövlüyünü bərpa etdiyini, Cənubi Qafqaz bölgəsində üzunmüddətli və dayanıqlı sülhün bərqərar olması naminə ciddi səylər göstərdiyini əks etdirən bukletlər paylanılıb.

Bu xəbər oxucular tərəfindən 313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |