27.10.2022 [07:02] - Gündəm, Siyasət
BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik mətbuat konfransında bildirib. O deyib: “Biz terroru, xüsusən də dini obyektlərə edilən hücumları pisləyirik”.
Qeyd edək ki, dünən səhər saatlarında İranın Şiraz şəhərindəki Şahçerax məqbərəsinə hücum zamanı 20 nəfər həlak olub, onlarla insan yaralanıb.
Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, terrorçu qruplaşmanın yaraqlıları İranın cənubundakı Şahçerax ziyarətgahında dindarlara atəş açıb.

Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |