17.01.2013 [11:31] - Diaspor
Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini Məşkür Şükür oğlu Qasımov "İctimai Rəy" Araşdırmalar Mərkəzinin 2012-ci ilin yekunlarına dair rəy sorğusunun qalibi olub. Bu barədə Davam.az-a qurumdan məlumat verilib.
Mərkəzdən verilən məlumata görə, "İctimai Rəy" Araşdırmalar Mərkəzi 2012-ci ilin yekunlarına dair rəy sorğusu keçirib. Müxtəlif nominasiyalar üzrə respondentlərə paylanılan 2033 anketdən 38-i qaytarılmayıb, 17-i isə etibarsız sayılıb.
Sorğuda iştirak edənlərin 14%-ni iş adamları, 20%-ni tələbələr, 11%-ni fəhlələr, 6%-ni məmurlar, 49%-ni isə müxtəlif peşə sahibləri təşkil edib. Respondentlərin 53%-i kişilər, 47%-i isə qadınlar olub. 61%-i partiya üzvləri, 39%-i bitərəflər təşkil edən sorğuda 9% orta, 33% natamam ali, 58% ali təhsillilər iştirak edib.
1978 sorğu anketinin nəticələrinə görə Azərbaycan həqiqətlərinin xaricdə təbliğində xidmətlərinə görə Məşkür Şükür oğlu Qasımov "İlin vətənpərvəri" nominasiyasina layiq görülüb.
Onu da bildirək ki, Məşkur Qasımov Rusiya Federasiyasında “VİLƏŞ” Şirkətlər qrupunun, Sankt-Peterburq və Leninqrad vilayəti üzrə güləş federasiyasının prezidentidir. O həmçinin Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyətinin sədrinin birinci müavinidir.

Bu xəbər oxucular tərəfindən 1044 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |