31.10.2022 [06:45] - Gündəm, Türk dünyası-Turan
Oktyabrın 30-da Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər edib.
Səfər çərçivəsində qonaqlar, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və icra aparatının məsul şəxsləri ilə birlikdə rayonun İqrıq kənd qəbiristanlığında uyuyan türk əsgərlərinin məzarını ziyarət ediblər. Bu qəbiristanlıqda 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun iki əsgərinin məzarı var. Həmin əsgərlər o vaxt Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar. 2012-ci ildə İqrıq kəndində türk şəhidlərinin məzarı ətrafında xatirə kompleksi yaradılıb.
Nümayəndə heyəti Quba rayon Şəhidlər xiyabanını, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan -Türkiyə Qardaşlıq Parkını ziyarət ediblər.
Qonaqlar Qubanın Aşağı Atuc kəndində “Guba Agro” MMC və “Cənnət” MMC-nin istehsal sahələri və nümunəvi alma bağları ilə tanış olublar.

Bu xəbər oxucular tərəfindən 937 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |