Şrift:
Rusiya və Türkiyə qaz qovşağını ekspertlər səviyyəsində müzakirə edir
31.10.2022 [07:23] - Gündəm, İqtisadiyyat
Rusiya Federasiyası və Türkiyə qaz qovşağının yaradılması məsələsini ekspertlər səviyyəsində müzakirə edirlər.


Bunu Rusiya Federasiyasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Aleksey Yerxov bildirib.


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı və tez bir zamanda işləməyi tapşırıblar. Bu qovşaq Rusiya Federasiyasının qazını “Şimal axını”ndan Qara dənizə tranzitini həyata keçirə bilər.

Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.


Səfir Türkiyə qəzetinə müsahibəsində deyib: "Başa düşdüyüm qədər, ölkələrimiz hazırda bu məsələni ekspertlər səviyyəsində müzakirə edirlər. Təbii ki, burada təfərrüatlar çox vacibdir. Razılaşmalar əldə olunan kimi bizə məlumat veriləcək".
Bu xəbər oxucular tərəfindən 612 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed