01.11.2022 [06:43] - Gündəm, İdman
UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın “Qarabağ” klubunun turnirin qrup mərhələsinin altıncı turunda Almaniyanın “Frayburq” komandasına qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.
Oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq. Ona Dmitri Juk və Aleh Maslianka kömək edəcəklər. Dördüncü hakim funksiyasını Dmitry Dmitryiev yerinə yetirəcək.
Matçın hakim-inspektoru Georgios Bikas (Yunanıstan), UEFA nümayəndəsi isə Boriana Stoyçeva (Bolqarıstan) olacaq.
Noyabrın 3-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu “CBC Sport” kanalı canlı yayımlayacaq.

Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |