Şrift:
“Ermənistan vəziyyəti daha da çətinləşdirir”
17.01.2013 [11:49] - Sosial
“Ermənistan Prezidenti Serj Sarkisyanın ziddiyətli və aqressiv bəyanatları ondan xəbər verir ki, bu ölkənin rəhbərliyinin gələcəyə baxışı yoxdur”.

Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Sarkisyanın yanvarın 15-də Yerevanda Azərbaycanın ünvanına mənfi çıxışını şərh edərkən deyib.

Onun sözlərinə görə, Sarkisyan Ermənistan və Azərbaycan xalqları arasında dərinləşən düşmənçilik görüntüsü yaratmağa çalışır: "Belə təsəvvür yaranır ki, Ermənistan Prezidenti öz tamahkar məqsədinə çatmaq və Ermənistanın daxili və xaricində müəyyən dairələr tərəfindən bəyənilmək xatirinə onsuz da mürəkkəb olan vəziyyəti daha da dərinləşdirir".

Elman Abdullayev vurğulayıb ki, hazırda ölkəmizdə 30 min erməni yaşayır, Azərbaycan həmişə dinindən asılı olmayaraq, müxətlif millətlərin tolerant və dinc şəraitdə mövcudluğunun mərkəzi olub və olacaq.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed