01.11.2022 [07:05] - Gündəm, Sağlıq
Ölkəmizdə son zamanlar koronvirusa yoluxma hallarında artma və azalma halları müşahidə edilir. Bu qeyri-stabil vəziyyət hələ də davam edir. Başqa ölkələrdə COVID-19-un yeni ştammları aşkar edilir və bir çox ölkədə karantin rejimi hələ də qalır.
Məsələ ilə bağlı çərşənbə axşamı Trend-in suallarını cavablayan həkim-infeksionist Natiq Əliyev bildirib ki dünyada pandemiyanın davam etməsi yoluxma statistikasında qeyri-stabillik olmasına təsir edir.
"Nə zaman ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərəfindən bütün dünyada yoluxma hallarının statistik göstəricilərinin sıfırlandığı bildiriləcək, biz o zaman pandemiyanın bitdiyini deyə bilərik. Son zamanlar yoluxma hallarının artıbm azalmasına təsir edən faktorlardan biri də, payız aylarında kəskin respirator virus infeksiyalarını aktivləşməsidir. Bu aktivləşmə özünü statistik göstəricilərdə biruzə verir Çünki immun sisteminin zəifləməsi fonunda ikincili infeksiyalarda ola bilər", - deyə N. Əliyev qeyd edib.
İnfeksionist həmçinin bildirib ki, digər ölkələrdə iki yeni ştammın aşkar edilməsinin ölkəmiz üçün ciddi bir təhlükəsi yoxdur və qeydə alınmayıb.
"Pandemiyanın davam etdiyi dövrdə ümumi karantin rejiminə və gigyiyenik qaydalara riayət etmək hərkəsə tövsiyyə olunur. Xüsusəndə yaşlı təbəqə və ağır xroniki xəsətləyi olanlar üçün həm mövsümi infeksiyalar, həm də koronavirus ağırlıq dərəcəsini saxlayır. Son 2 ilə nisbətən virusa yoluxanlar bunu yüngül şəraitdə keçirir. Lakin bundan arxayınlaşmaq olmaz. İnsanlar mütləq şəkildə fərdi gigiyena qaydalarına riayət etməli, sıxlıq olan yerlərdə maskadan istifadə etməlidir", - deyə infeksionist əlavə edib

Bu xəbər oxucular tərəfindən 1800 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |