Şrift:
İsraildə növbədənkənar parlament seçkiləri keçirilir
01.11.2022 [07:11] - Gündəm, Siyasət
Bu gün İsraildə növbədənkənar parlament seçkiləri üçün seçki məntəqələri açılıb.

Bu, 2019-cu il aprelin 9-dan bəri beşinci parlament seçkisidir. Onların nəticələrinə əsasən 25-ci çağırış Knessetin (parlamentin) tərkibi müəyyənləşəcək, daha sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanacaq. Uğurlu olarsa, yeni hökumət və baş nazir and içəcək.


Bu seçkilərdə MSK-nın məlumatına görə, 6,78 milyon seçici səs verə biləcək: bunlar İsraildə və ya xaricdə rəsmi ezamiyyətdə olan səsvermə günü 18 yaşdan yuxarı ölkə vətəndaşlarıdır.


Ümumilikdə ölkə üzrə 12 minə yaxın seçki məntəqəsi fəaliyyət göstərəcək. Seçicilər yerli vaxtla saat 7:00-dan saat 22:00-a kimi səs verə bilərlər. Daha sonra “exit-poll”un nəticələri açıqlanacaq və bülletenlərin hesablanmasına başlanacaq.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed