02.11.2022 [07:38] - Gündəm, Siyasət
Noyabrın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verib.
Komitə sədri bildirib ki, gündəliyə 26 məsələ daxil edilib. İlk 4 məsələ birinci oxunuşda olan qanun layihələridir. Gündəliyin birinci məsələsi olan Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) komitənin üzvü Əminə Ağazadə təqdim edib.
Əminə Ağazadə qanun layihəsinin "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının (bundan sonra Konvensiya) təsdiq edilməsi barədə" 2019-cu il 22 oktyabr tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb.
Layihədə təqdim olunan məcəllələrə və qanunlara təklif edilən dəyişikliklər uşaqların cinsi istismarının və onlara qarşı cinsi zorakılığın bütün formalarının qarşısını almaq, eyni zamanda, belə zorakılığın qurbanı olmuş şəxslərə yardımın göstərilməsi üçün zəruri qanunvericilik bazasının yaradılması məqsədilə hazırlanıb. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər isə Konvensiyadan irəli gələn maddi cinayət hüququ müddəalarının milli qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur.
Əminə Ağazadə bildirib ki, Cinayət Məcəlləsinin Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulan bəzi cinayət tərkiblərinin təkmilləşdirilməsi, eyni zamanda qeyd edilən cinayət əməlləri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə həmin maddələrin sanksiyalarının sərtləşdirilməsı təklif edilir.
Digər qanun layihələri ilə bağlı komitənin sədri Əli Hüseynli məlumat verib. “Banklar haqqında”, “Poçt haqqında”, “Fərdi məlumatlar haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, layihə “Valyuta tənzimi haqında” Qanuna uyğun olaraq valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması və valyuta əməliyyatları barədə məlumatların vahid informasiya sisteminə təqdim edilməsi qaydalarının pozulması məsələlərini tənzimləyir.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) telekommunikasiya vasitələrindən, radiotezliklərdən və radioelektron vasitələrdən istifadə tələblərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) isə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək miqrasiyası proseslərinin tənzimlənməsi ilə əlaqədardır.
Sonra Əli Hüseynli ikinci oxunuşda olan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi barədə məlumat verib, O, təklif olunan dəyişikliklərin zəruriliyindən danışıb, sənədin birinci oxunuşunda deputatların qaldırdıqları məsələlərə qanunvericilik subyektinin münasibətini açıqlayıb.
Qeyd olunub ki, ikinci oxunuşda olan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi isə miqrasiya orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi təminatının yaxşılaşdırılması və vahid əmək haqqı sisteminin tətbiq edilməsi məqsədilə hazırlanıb.
Məlumat verilib ki, növbəti qanun layihələri - Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında üçüncü oxunuşda olan qanun layihələri "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair" Avropa Şurası Konvensiyasının müvafiq maddələrinin icrası məqsədilə hazırlanıb.
Bildirilib ki, üçüncü oxunuşda olan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatların verildiyi subyektlərin dairəsinə antiinhisar fəaliyyətini həyata keçirən orqanın əlavə edilməsi təklif olunur.
Dövlət idarəetməsinin təkmilləşdirilməsi məqsədi ilə hazırlanan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda nəzərdən keçirilib.
Əli Hüseynli bildirib ki, gündəliyin qalan 11-26-cı məsələləri ikinci oxunuşda olan qanun layihələridir və mahiyyətcə bir-biri ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Yol hərəkəti haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “İnzibati icraat haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” qanunlarda, Mənzil, Şəhərsalma və Tikinti, Miqrasiya məcəllələrində dəyişiklik edilməsi haqqında, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələrində təklif olunan dəyişikliklər dövlət xidmətlərinin göstərilməsi üçün zəruri olan sənəd və məlumatın digər dövlət qurumunda mövcud olduğu halda, vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə müvafiq dövlət qurumundan alınmasının təmin olunması məqsədinə xidmət edir.
Qanun layihələrinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
İclasda müzakirə olunan bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.
Onlayn iclasda deputatlar Bəhruz Məhərrəmov, Sabir Hacıyev, Nurlan Həsənov, Azay Quliyev, Cəbi Quliyev, Kamal Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |