03.11.2022 [10:24] - Gündəm, İqtisadiyyat
Yenilənmiş büdcə qaydası çərçivəsində növbəti il üçün Dövlət Neft Fondundan (DNF) dövlət büdcəsinə transfert məbləğində azalma proqnozlaşdırılıb.
Hesablama Palatasına istinadla xəbər veririk ki, 2023-cü ilin dövlət büdcəsinə dair təqdim edilmiş məlumatlarda DNF-dən dövlət büdcəsinə 11 milyard 280 milyon manat transfert nəzərdə tutulub ki, bu da 2022-ci ilin yenidən baxılmış göstəricisi ilə müqayisədə 237,5 milyon manat və ya 2,1 faiz azdır. “Büdcə zərfi”ndə mümkün risklərdən sığortalanmaq məqsədilə ehtiyatlı yanaşma tətbiq edilərək, xam neftin ixrac qiymətinin 50 ABŞ dolları nəzərdə tutulduğu qeyd edilib. Neftin faktiki qiymətinin proqnozla müqayisədə yüksək olacağı və qeyri-neft sektoru üzrə daxilolmaların reallaşdırılacağı təqdirində dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin artıqlaması ilə icra edilməsi DNF transfertlərinə qənaətə şərait yarada bilər.
Qeyd edək ki, 2022-ci ilin ilkin təsdiq edilmiş büdcəsində DNF transfertləri 12 milyard 710 milyon manat həcmində proqnozlaşdırılsa da, həyata keçirilmiş yenidən baxılma zamanı bu mənbə üzrə daxilolmalar 1 milyard 192,5 milyon manat azaldılaraq, 11 milyard 517,5 milyon manat təsdiq edilib. Cari ilin yanvar-sentyabr aylarında 74 valyuta hərracında 3 milyard 857,3 milyon ABŞ dolları həcmində valyuta satışı həyata keçirilib. Hərraclarda təklif edilən valyuta həcminin tələb azlığı səbəbindən tam reallaşdırıla bilinməməsi cari ilin yanvar-avqust aylarında DNF transfertlərinin 82,9 faiz (1 milyard 184,8 milyon manat az) icrası ilə nəticələnib. Dövlət büdcəsinin xarici valyutada daxil olan gəlirlərinin proqnozla müqayisədə əhəmiyyətli fərqlə yüksək icrası büdcənin xarici valyutaya olan tələbinin büdcə gəlirləri hesabına ödənilməsini mümkün etməklə, DNF transfertlərindən qənaətlə istifadəyə imkan yaradıb.

Bu xəbər oxucular tərəfindən 638 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |