17.01.2013 [12:40] - Güney Azərbaycan xəbərləri, Hadisə
İranda yanvarın 16-da biri əhalinin gözü qarşısında olmaqla, 4 nəfər edam edilib. 2 nəfər təcavüz etməkdə, qalanları isə narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilib. Hər 4 məhbus barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. Qaçaqmalçılıqla ittiham olunan 2 şəxs Şahrud şəhərinin həbsxanasında, təcavüz etməkdə təqsirləndirilən bir nəfər isə Məşhəd zindanında asılıb. Əhaliyə ibrət olması üçün təcavüz edən digər məhbus Səbzivar şəhərində əhalinin gözü qarşısında edam edilib. Ölüm hökmü şəhər stadionunda icra edilib.
Bu xəbər oxucular tərəfindən 1154 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |