Şrift:
Bundesliqa təmsilçisi 1/8 finala adlayıb
03.11.2022 [10:27] - Gündəm, İdman
UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində sonuncu - VI turun daha 2 oyunu keçirilib.

F qrupuna təsadüf edən matçlarda "Real Madrid" İspaniyada "Seltik"i (Şotlandiya) 5:1, "Leyptsiq" (Almaniya) isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını 4:0 hesabı ilə məğlub edib.

Bundesliqa təmsilçisi bu nəticə ilə "kral klubu"ndan sonra qrup ikincisi kimi 1/8 finala adlayıb. Donetsk təmsilçisi yoluna Avropa Liqasının pley-offunda davam edəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarla vidalaşıb.

F qrupu

21:45. "Real Madrid" (İspaniya) - "Seltik" (Şotlandiya) - 5:1

Qollar: Luka Modriç, 6 (penalti), Rodriqo, 21 (penalti), Marko Asensio, 51. Vinisius Junior, 61. Federiko Valverde, 71 - Jota, 84

21:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Leyptsiq" (Almaniya) - 0:4

Qollar: Kristofer Nkunku, 10. Andre Silva, 50. Dominik Soboslai, 62. Dani Olmo, 68

Xal durumu: "Real Madrid" - 10, "Leyptsiq" - 9, "Şaxtyor" - 6, "Seltik" - 2

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.
Bu xəbər oxucular tərəfindən 946 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed