Şrift:
Paşinyanın partiyasında skandal - “Qara siyahı” üzə çıxdı
04.11.2022 [11:44] - Gündəm, Siyasət
Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasının qurultayında skandal yaşanıb.

Bu barədə “Joğovurd” qəzeti yazıb.

Məlumata görə, uyğunsuz hesab edilən bir sıra partiya funksionerləri “qara siyahı”ya salınıb. Həmçinin partiyanın əsas simalarının çoxu qurultayda təşkil olunmuş seçkilərdə rəhbər orqanlara düşə bilməyib.
İdarə heyətinə düşə bilməyən funksionerlər arasında narazılıq yaranıb.
Qəzet yazır ki, ilk 15-liyə əvvəllər az səs toplamış bəzi nazirlər – Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxçyan və səhiyyə naziri Arsen Torosyan daxil olublar. Baş nazir Nikol Paşinyan isə 4 səs çox toplayaraq 945 səs yığıb.

Həmçinin bildirilir ki, partiya daxilində fəaliyyət göstərən xüsusi qrup formalaşıb və bu xüsusi qrup seçkinin gedişini “koordinasiya” etməklə məşğul olub.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed