04.11.2022 [12:11] - Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Naxçıvanın muxtar respublika statusunun ləğvi ilə bağlı iddia irəli sürülür. Buna səbəb olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ləğv edilərək DTX-nın Naxçıvan Baş İdarəsinin yaradılması göstərilir.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirdi ki, Naxçıvanın statusu Azərbaycan Konstitusiyasında təsbit olunur. Bu statusun ləğvi üçün konstitusiyada dəyişiklik edilməlidir: “Naxçıvanın idarəetmə sistemində dəyişikliklərlə muxtar respublikanın statusu məsələsini əlaqələndirmək doğru deyil. Mən mobil idarəetmənin tərəfdarıyam. Naxçıvanın idarə edilməsində hazırkı geniş iyerarxikliyi düzgün saymıram. Naxçıvan Muxtar Respublikasının nazirlikləri birbaşa Azərbaycanda olan nazirliklərə baş idarələr formasında tabe ola bilər. Eləcə də rayonların icra hakimiyyətləri. Məsələn, necə ki, Şamaxı, Yevlax Prezident Administrasiyasına tabedirlər, eləcə də Naxçıvan Muxtar Respublikasındakı rayonlar o cür tabe ola bilərlər. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin saxlanması mənasızdır. Bu, sanki arabanın beşinci təkəri kimidir. Bütün bu məsələlərlə bağlı idarəetmədə islahat xarakterli addımlar aparmaq düzgündür. Amma siyasi tərəfdən Naxçıvanın muxtar respublika statusunun dəyişdirilməsi, ləğvi isə xeyirli olmaz. Çünki Naxçıvanın bu statusu həm də onun təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qars müqaviləsini də nəzərə almaq lazımdır. Orada bir müddəa var ki, əgər Naxçıvan üçüncü dövlət tərəfindən işğal təhlükəsi ilə qarşılaşarsa, Türkiyə bütün vasitələrlə müdaxilə edir. Hazırkı geosiyasi vəziyyət bu müqaviləni gündəmdə saxlamağı zəruri edir. Ona görə də mən Naxçıvanın statusuna dəymədən idarəetmə istiqamətində islahatların aparılmasını doğru sayıram. Status yerində qalır, amma idarəetmə orqanları birbaşa Bakıya tabe olur. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetini isə birmənalı şəkildə ləğv eləmək lazımdır”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |