06.11.2022 [21:58] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Güneydən və Quzeydən sərt reaksiyalar gəldi
Ermənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluq açacaq. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, Rusiyanın Şimali Osetiya Respublikasının mərkəzi Vladiqafqaz şəhərində konsulluq açacaq.
Nazir həmçinin bildirib ki, Ermənistan Kiprin yunanlara aid hissəsində və Serbiyanın paytaxtı Belqradda diplomatik missiyanın ofisini açmağı nəzərdə tutub.
Bəs Təbrizdə Ermənistanın Baş Konsulluğu hansı zərurətdən doğub? Bu, daha çox İrana, yoxsa İrəvana lazımdır?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də qeyd etdi ki, Təbrizdə Ermənistan konsulluğunun açılması məsələsi Güney Azərbaycanda böyük təpki ilə qarşılanacaq: “Ümumiyyətlə, İran-Ermənistan münasibətlərini türk dünyasına, Azərbaycana qarşı köklənmiş əks münasibətlər kimi dəyərləndirirəm. Orada konsulluq açmaqla Azərbaycana bir növ göz dağı vermək, həm də konsulluğun özünün bir şəbəkə olaraq Güney Azərbaycanda müəyyən işlər görməsini təmin etmək istəyirlər. Əlbəttə ki, İran hakimiyyəti Güney Azərbaycan türklərini yaxşı tanıyır. Güneylilər Quzey Azərbaycanın problemlərini öz problemi, düşmənini öz düşməni hesab etdiyindən Təbrizdə Ermənistan konsulluğunun açılmağı ilə çox ciddi təpkilərə gətirib çıxaracaq. Biz özümüz də, xüsusən də ictimai, siyasi təşkilatlar, partiyalar dövlətin etmədiyi bəzi şeyləri etməliyik. Belə ki, Güney Azərbaycanlılara çox ciddi çağırışlar etməliyik ki, istənilən bu cür məsələlərə təpki göstərsinlər. Beləliklə, hesab edirəm ki, əgər Təbrizdə Ermənistan konsulluğu açılarsa, onun heç bir effekti olmayacaq və həmin konsulluğunun çalışmasının mümkünlüyü sual altındadır”.
Fərəc Quliyev həmçinin qeyd etdi ki, Ermənistan İrana sadəcə bir alət kimi lazımdır, hansı ki, bütün dünya ondan bu cür istifadə edir: “İran öz məqsədləri naminə Ermənistandan istifadə etməyə çalışır. Təbii ki, Təbrizdə Ermənistan konsulluğunu açmaq daha çox İranın istəyidir. Ermənistan isə bu məsələlərdə özü üçün divident götürməyə çalışır. Düşünmürəm ki, Ermənistan hakimiyyəti bu gün İranla, Rusiya ilə və başqaları ilə bu cür çirkli oyunlarda iştirakçı olsun. Çünki bilirlər ki, bu gedişat Ermənistana heç də yaxşı bir şey vəd etmir. Yəni İranın və Rusiyanın gələcəyi məlumdur, ortadır. Ona görə də Ermənistan Qərbə inteqrasiya etməkdə daha çox maraqlıdır”.
Xalidə GƏRAY/“Yeni Müsavat”

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |