Şrift:
Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilib
11.11.2022 [12:12] - Gündəm, Türk dünyası-Turan
Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi statusunda üzv qəbul edilib.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, müvafiq qərar TDT-nin Səmərqənd sammitində qəbul edilib.

"Kiprli qardaşlarımızın yalnız olmadığını göstərərək həll prosesinə töhfə veririk. Hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm", - deyə R.T.Ərdoğan bildirib.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed