Şrift:
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayışla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
14.11.2022 [10:03] - Xəbərlər, Gündəm, Hadisə, Türk dünyası-Turan
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

Məktubda deyilir: “İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
Bu xəbər oxucular tərəfindən 2412 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed