Şrift:
İstanbulda baş verən partlayış nəticəsində yaralananların sayı 81-ə yüksəlib
14.11.2022 [10:08] - Gündəm, Hadisə
İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı 6 nəfər ölüb, yaralıların sayı isə 81-ə yüksəlib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gələrək son vəziyyət haqqında məlumat alıblar.

Mediaya açıqlama verən Türkiyə dövlətinin rəsmiləri hadisənin İstiqlal prospektinin Mis küçəsi ilə kəsişməsində baş verdiyini deyiblər.

Verilən son məlumatlara görə, hadisənin bir qadının partlayıcı vasitəni işə salması nəticəsində baş verməsi ehtimal edilir, bununla bağlı məlumat var. Partlayışın baş verdiyi ərazidə işlər tam qüvvə ilə davam etdirilir, bölgədəki kameralar araşdırılır, şahidlərin ifadələri alınır. Terror aktı olduğu ehtimal edilən hadisə nəticəsində dördü partlayış baş verən an, ikisi isə daha sonra olmaqla altı nəfər ölüb. Yaralanan 81 nəfər isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. İstintaq davam edir.

Açıqlamanın ardından rəsmilər İstanbulun Beyoğlu Prokurorluğuna doğru hərəkət ediblər.

Günel Məlikova
Bu xəbər oxucular tərəfindən 2474 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed