Şrift:
Yeni nəsil kassa aparatları ilə dövriyyə 50 faizə yaxın artıb
15.11.2022 [10:52] - Gündəm, İqtisadiyyat
Yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə dövriyyə 18,6 mlrd. manatdan çox olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qurum tərəfindən ölkədə NKA-nın tətbiqi istiqamətində işlər davam etdirilir.

Noyabrın 1-nə ölkə ərazisində 77.979 ədəd yeni nəsil NKA quraşdırılıb.
Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2022-ci ilin yanvar-oktyabr aylarında həmin NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 18 milyard 605,9 milyon manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 583 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed