18.01.2013 [10:27] - Gündəm, Türk dünyası-Turan
20 Yanvar faciəsinin 23-cü ildönümü TRT-nin dörd kanalı vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaq.
Bu barədə məlumat verən TRT-nin Bakı nümayəndəsi Yüksel Değercan 20 yanvar 1990-cı ildə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazıldığını bildirib.
Onun sözlərinə görə, TRT 20 Yanvar gecəsində yaşanan faciəni fərqli şəkildə - “Qərənfillərin göz yaşı” və “Qafqazlardan əsən yellər” proqramları vasitəsilə ekranlara gətirəcək.
“TRT Avaz” kanalının koordinatoru Adnan Suer 20 Yanvar gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcəklərini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacaqlarını söyləyib.
“Qərənfillərin göz yaşı” adlı proqramda bir gecədə taleyi dəyişən, o gecədən bu günümüzə sevgi hekayəsi və qərənfil əfsanəsi kimi dillər əzbəri olan Fərizə və İlham dastanından bəhs ediləcək.
Bu proqramlar “TRT Haber”, “TRT Türk”, “TRT Avaz” və “TRT Anadolu” kanallarında yayımlanacaq.

Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |