Şrift:
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
15.11.2022 [11:02] - Gündəm, İqtisadiyyat
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2022-ci il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər veririk.
OPEC-in proqnozuna görə, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel səviyyəsində olacaq, bu da ilik müqayisədə 6 min barel azdır. Oncəki proqnoz ilə müqayisədə artım tempi üzrə proqnoz 10 min barel azaldılıb və artımdan azalmaya tərəf korektə edilib.

Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır, bu da illik müqayisədə 49 min barel artım deməkdir. Qeyd olunan göstərici üzrə 2023-cü il üçün proqnoz dəyişməyib.

Xatırladaq ki, 2021-ci il üçün Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel səviyyəsində olub. 2020-ci ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 730 min barel olub. Bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.
Bu xəbər oxucular tərəfindən 564 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed