16.11.2022 [12:47] - Gündəm, Siyasət
Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək. Deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, Vüqar İskəndərov isə Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.
Səfər noyabrın 23-də başa çatacaq.

Bu xəbər oxucular tərəfindən 312 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |