Şrift:
Təhlükəli duz satışda!
01.11.2011 [11:54] - Xəbərlər
Hazırda Qaradağ rayonu ərazisində son dərəcədə təhlükəli tərkibə malik duz göllərindən duz toplanaraq satışa çıxarılır. Bunu Duz İstehsalçıları İctimai Birliyinin sədri Yaşar Nəbizadə paytaxtda fəaliyyət göstərən duz istehsal müəssiələri və sarış nöqtələrində aparılan monitorinqin nəticəsində belə qənaətə gəldiklərini dyeib. O bildirib ki, ölkədə satılan duzların duzların tərkibindəki mövcud problemlərin nəzərə alaraq aparılan və 2 aya yaxın dövr ərzində Bakı şəhərini əhatə edən monitorinq bir çox neqativ halları üzə çıxarıb. Onun sözlərinə göər, satış nöqtələrində əhaliyə təklif olunan keyfiyyətsiz duzların mənbəyini araşdırarkənm məlum olub ki, bu duzlar respublika ərazisində müxtəlif göllərdən toplanıb: “Təəssüf ki, hələ də mövcud duz bazarında yodlaşdırılmayan, təmizlənməyən, rəngarəng qablara qablaşdırılmış keyfiyyətsiz duzların satışı davam edir. Paytaxt və ya respublikada çörəkbişirmə, pendir hazırlama sahəsində əksər hallarda yodsuz, təmizlınməyən, mənşəyi bəlli olmayan, təhlükəli duzlardan istifadə olunur”.

Azərbaycanın duza o qədər də ehtiyacın olmadığını deyən Y.Nəbizadə vurğulayıb ki, hazırda Masazır duz zavodundan başqa ölkədə fəaliyyət göstərən heç bir duz istehsal müəssisələri kustar üsullarla istehsalı həyata keçirirlər. O qeyd edib ki, duzun müasir sənaye üsulu ilə istehsalı kifayət qədər sərmaye tələb etdiyindən və azgəlirli shaə olduğundan kiçik sahibkarlar bu shaəyə sərmayə qoymağa maraq göstərmirlər.

“Satışa çıxarılan duz məhsullaırnın tələbələrə tam cavab verməsinə nail olmaq üçün duz istehsalı ilə məşğul olan kiçik sahibkarlar mütləq müasir texniki avadanlıqlarla təmin olunmalıdır. Bunun qarşısını almaq üçün yeganə yol hakimiyyətin müvafiq qərar qəbul etməsidir”, - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 3189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed