19.11.2022 [15:54] - Xəbərlər, Gündəm, Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan
19 noyabr 2022-ci il tarixdə MDH qərargahında partiyanın Qərbi Azərbaycan (İrəvan ) Departamentinin məclisinin növbəti toplantısı keçirildi.Tədbirdə görkəmli araşdırmaçılar Əsgər Zeynalov və Mirzə Ənsərli məruzəçi olaraq çıxış etdilər. Ermənistanın sülh prosesindən ağalarının təhriki ilə yayınma və revanş cəhdləri,Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı adlı hərbiçilərinin özbaşınalığı müzakirə edildi və qınandı.Tədbirin sonunda Fransanın Azərbaycana qarşı mövqeyinə,İran adlanan imperiyada Güney Azərbaycanlılara qarşı törədilən zorakılıqlara etiraz sənədləri qəbul olundu. Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın hüquqları ilə bağlı müxtəlif beynəlxalq təşkilatlara müraciətlər qəbul olundu.
Milli Dirşəliş Hərəkatı (MDH) partiyası mətbuat xidməti.
Milli Dirşəliş Hərəkatı (MDH) partiyası mətbuat xidməti.
Bu xəbər oxucular tərəfindən 11973 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |