Şrift:
TÜRKÜSTAN OLİQARXLARI TƏQİBDƏ
18.01.2013 [12:51] - Gündəm, Türk dünyası-Turan
Ötən il Qərbi Avropanın hüquq-mühafizə orqanlarının post-sovet məkanından olan keçmiş və aktual oliqarxlara münasibətdə fəal işi ilə seçildi.

Qanunun pozuntusunda ilk yerdə Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova, Qırğızıstanın keçmiş başçısının oğlu Maksim Bakiyev, Alma-Atanın keçmiş meri Viktor Xrapunov və Qazaxıstanın prezidentinin keçmiş kürəkəni Rahat Əliyev şübhəli bilinirlər.
Özbəkistan prezidentinin böyük qızı, eyni zamanda, post-sovet məkanında ən varlı biznesmenlərdən biri sayılan Gülnarə Kərimova isveç jurnalistlərinin apardığı tədqiqatların əsas qəhrəmanı olmuşdur. Tezliklə Kərimovanın kapitalı ilə İsveç və İsveçrə prokurorluq orqanları maraqlandılar. Onların diqqətini Özbəkistanda İsveç-Fin «TeliaSonera» telekommunikasiya kompaniyasının və İsveçrənin «Takilant» firmasının sövdələşməsi çəkdi. «TeliaSonera» kompaniyası özbək prezidentinin qızının çevrəsindən olan iki şəxs tərəfindən Özbəkistanda öz filialını təsis etmişdir. Söhbət TeliaSonera tərəfindən Özbəkistanda Skandinaviya kompaniyasının fəaliyyət üçün lisenziya almağa görə Gülnarə Kərimovaya Takilant qismində vasitəçi olaraq nəhəng rüşvət məsələsindən gedir. Cinayət işi ilə bağlı TeliaSoneranın iki meneceri şübhəli qismində saxlanılmışdır. Takilantın hesablarına köçürülmüş Avropa banklarındakı nəhəng pul məbləğlərinə həbs qoyulmuşdur. İsveçrədə də Takilant firması və Kərimovanın özü barəsində istintaq aparılır.
Londonda siyasi sığınacaq tapmış Maksim Bakiyevlə ABŞ FTB-sinin əməkdaşları maraqlanmışlar. M.Bakiyev qiymətli kağızlarla bağlı dələduzluqda və cavabdehlikdən yayınmaqda ittiham olunur. Ötən ilin oktyabr ayında ABŞ hüquq-mühafizə orqanları Londona Bakiyevin ekstradasiyası barədə tələbnamə göndərmişlər. Ötən il dekabrın 7-də London məhkəməsi ekstradisiya barədə məsələdə 2013-cü ilin mayında qayıdacağını qərara almışdır.
Londonda həmçinin siyasi qaçqın kimi Mərkəzi Asiyadan olan digər oliqarx, vətənində nəhəng dələduzluqda ittiham olunmuş Qazax bankiri Muxtar Ablyazov yaşamaqdadır. Astana rəsmi Londondan nəinki müxalifətçi bankirin ekstradisiyasını, həmçinin, dələduz sxemlər vasitəsilə ölkədən çıxarılmış pulun qaytarılmasını tələb edir. 2012-ci ilin fevralında London Ali Məhkəməsi məhkəməyə hörmətsizlikdə ittiham etdiyi Ablyazovu 22 ay həbsə məhkum etmişdir. Lakin məhkəmənin qərarını icra etmək mümkün olmadı. Müxalifətçi bankir Londondan yoxa çıxdı və onun harada olması indiyə qədər məlum deyil.
Daha bir Qazaxıstanlı qaçqın Alma-Atanın keçmiş meri Viktor Xrapunov Cenevrə gölü yanında özünə yeni vətən tapmışdır. İsveçrə prokurorluğu Qazaxıstanın tələbi ilə V.Xrapunovun Alma-Atada daşınmaz əmlakın özəlləşdirilməsində baş vermiş dələduzluqlara aidiyyatını yoxlamaqdadır.
Alman deputatlarını isə digər qaçqın qazax oliqarxı Rahat Əliyev maraqlandırır. Təqibə məruz qalmış və prezident Nazarbayevin qızı ilə boşanan R.Əliyev 2007-ci ildə Avropaya köçmüşdür: əvvəlcə Avstriyaya, sonra isə Maltaya. İndi onun barəsində Almaniya da daxil olmaqla Avropa Birliyinin bəzi ölkələrində bir sıra istintaq və məhkəmə işləri qaldırılmışdır.
Maraqlıdır ki, R.Əliyevin işi ilə hətta Almaniya Federal Kəşfiyyat Xidməti (BND) maraqlanmışdır.

Kərim Fikrətoğlu
“Millətçilik” qəzeti
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed