Şrift:
Partiyaların ləğvinə əsas yaradan bu tələb aradan qaldırılır
21.11.2022 [13:06] - Gündəm, Siyasət
Seçkilərdə ardıcıl olaraq iki dəfə iştirak etməyən siyasi partiyaların ləğvi ilə bağlı tələb aradan qaldırılır.

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantında bu tələb əksini tapmayıb.

Qanun layihəsinin ilkin variantında siyasi partiyaların Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və ya bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak (qeydə alınmış namizədin seçkilərdə bilavasitə iştirakı formasında) etmədikdə ləğv ediləcəyi ilə bağlı tələb əksini tapmışdı.
Bu xəbər oxucular tərəfindən 294 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed