Şrift:
Qazaxıstanda prezident seçkilərinin yekun nəticəsi açıqlanıb, Tokayev 81,31% səslə qalib gəlib
22.11.2022 [10:23] - Xəbərlər, Gündəm, Siyasət
Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkisinin yekun nəticəsini açıqlayıb.

MSK sədri Nurlan Abdirov hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevin qalib gəldiyini deyib. “Dünən biz ilkin nəticələri elan etdik və artıq orijinal protokolları əldə etdik. Kasım-Jomart Tokayev 81,31 faiz səs toplayaraq seçkidə qalib gəlib”.O da əlavə olunub ki, seçkidə 3,42 faiz səs toplayan Jiquli Dayrabayev ikinci pillədə yer alıb.

Xatırladaq ki, Qazaxıstanda 20 noyabrda növbədənkənar prezident seçkisi keçirilib.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed