22.11.2022 [10:31] - Gündəm, Siyasət
"Beynəlxalq hüquqda təcavüzkar ölkənin hərbi və dövlət rəhbərliyinin silahlı qüvvələr və s. tərəfindən törədilmiş hərbi cinayətlərə görə məsuliyyətini müəyyən edən mexanizmlər var".
“Ukrinform”a istinadla xəbər veririkki, bunu ABŞ-ın qlobal cinayət mühakiməsi ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Bet Van Şaak söyləyib.
"Beynəlxalq hüquqda təqibin ölkənin bütün komanda zəncirinə tətbiq edilməsinə imkan verən doktrinalar var. Bu cür doktrinalar rəhbərlərin tabeliyində olanların hərəkətlərinə görə məsuliyyətindən bəhs edir"- deyə B.Şaak bildirib.
Onun sözlərinə görə, bu, o zaman tətbiq oluna bilər ki, rəhbər tabeliyində olan şəxslərin sui-istifadə etdiyini bilib və ya bilməli olub, lakin o, bunun qarşısını almaq və ya lazımi qaydada araşdırmaq və cinayətkarları məsuliyyətə cəlb etmək üçün əvvəlcədən reaksiya verməyib.
Belə bir təşəbbüs həm milli məhkəmələr, həm də beynəlxalq hüquq sistemində tətbiq oluna bilər.
"Buna görə də prokurorlar sübutların hara apardığını izləyəcəklər", - deyə Amerika nümayəndəsi əlavə edib.
Lakin Rusiya tərəfinin irimiqyaslı filtrasiya şəbəkəsinin yaradılması kimi hərəkətləri göstərir ki, bu cinayətlər bütün Rusiya hakimiyyəti zəncirinin nümayəndələrinin məsuliyyəti olmadan törədilə bilməz.
Xatırladılır ki, Litva, Latviya və Estoniya Rusiya üçün Xüsusi Tribunalın yaradılmasını tələb edirlər.
Əlavə edilir ki, Ukrayna daha əvvəl Rusiyanı cəzalandırmalı olan Xüsusi Beynəlxalq Tribunalın layihəsini təqdim edib. Rusiyanı bu cinayətə görə məsuliyyətə cəlb etməyin çətinliyi mövcud beynəlxalq hüquqi sənədlərin kifayət qədər olmamasındadır.
Sultan Laçın

Bu xəbər oxucular tərəfindən 368 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |