Şrift:
Türkiyə Kuba ilə əməkdaşlığı inkişaf etdirəcək
24.11.2022 [10:25] - Gündəm, Türk dünyası-Turan
Türkiyə Kuba ilə ticarəti 200 milyon dollara çatdırmaqda qərarlıdır.

Bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kuba Prezidenti Migel Mario Dias-Kanel Bermudes ilə mətbuat konfransında deyib.

"Bu istiqamətdə biz ilk növbədə enerji, turizm, tikinti, kənd təsərrüfatı, səhiyyə və ətraf mühitin mühafizəsi kimi sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını qiymətləndirdik", - deyə Türkiyə Prezidenti bildirib.

R.T,Ərdoğan xatırladıb ki, Kuba prezidenti səviyyəsində Türkiyəyə sonuncu səfər inqilabçı lider Fidel Kastronun hakimiyyəti dövründə 1996-cı ildə İstanbulda keçirilən Habitat Sammiti zamanı baş tutub. R.T.Ərdoğan qeyd edib ki, 2015-ci ildə Kubaya rəsmi səfər edən ilk Türkiyə prezidentidir.
Türkiyə Prezidenti vurğulayıb ki, Türk Hava Yolları İstanbul-Havana arasında həftədə 3 uçuş təşkil edir. Beləliklə, aviaşirkət iqtisadi, sosial və mədəni əlaqələrin bütün aspektlərinə, xüsusən də turizmə mühüm töhfə verir.

"Arzu edirəm ki, cənab Diaz-Kanelin səfəri, bu gün qəbul etdiyimiz qərarlar və bu gün imzalanmış sazişlər hər iki tərəf üçün faydalı olsun", - deyə R.T.Ərdoğan əlavə edib.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed