Şrift:
Nizaminin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı BMT Baş Katibinə təqdim edilib
24.11.2022 [10:29] - Gündəm, Mədəniyyət
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin BMT-nın Baş Katibi ilə görüşü keçirilib.

Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən bildirilib.
Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tərəfdaşlığı ilə Mərakeşin Fəs şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının (UNAOC) 9-cu Qlobal Forumu zamanı keçirilən xüsusi görüşdə BMT-nin Baş katibi Antonio Quterreş və Mərkəzin Həmsədri xanım Vayra Vike-Freyberqa ilə yanaşı, BMT-nin 73 və 75-ci Baş Assambleyalarının Prezidentləri xanım Maria Fernanda Espinosa və Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelaşvili, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Ərəb Liqasının sabiq Baş katibi Amre Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq Baş nazirin müavini Eka Tkeşelaşvili, İSESCO-nun sabiq Baş direkteru Abdulaziz Altvaijri, o cümlədən BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miquel Anqel Moratinos və NGBM-nin Baş Katibi qatılıb.

Görüş zamanı son hadisələrə və dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. O cümlədən Baş Katibə mərkəz tərəfindən reallaşdırılan Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.

Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami İli” çərçivəsində, Mərkəz tərəfindən xüsusi nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı və Mərkəzin 10 illiyinə həsr olunmuş xatirə hədiyyəsi Baş Katibə təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 2127 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed