19.01.2013 [10:08] - Gündəm, Dərbənd
Samur çayı vadisi boyunca ekoloji böhran gözlənilir
Dağıstanda məşhur ekoloq alim Mirzəbəy Alimov artıq bu yöndə həyəcan təbili çalmağa başlamışdır. Belə ki, Dağıstanın Azərbaycanla sərhəd bölgəsindəki Qızıl Dərə vadisi boyunca çox nəhəng faydalı qazıntı yataqlarının istismarı üçün olirqaxlar arasında belə qanlı mübarizələr başlanılmışdır. Buraya yerli və Rusiyanın ən zəngin şirkətləri göz dikmişlər. 1964-1983-cü illərdə aparılan geoloji tədqiqatlar zamanı bəlli olmuşdur ki, bu bölgədə çox böyük mis mədənləri, digər faydalı qazıntı yataqları mövcuddur. Bölgəyə artan maraqların arxasında duran əsas amillərdən biri də Dağıstanda kimin daha çox istehsal və emal müəssisələrinə sahib olması iddiasıdır. Çünki, hər bir imkanlı şəxs həm də bölgənin əsas söz sahibi kimi başa düşülür.
Yataqlara sahib olmaq və bölgəni idarə etmə taktikası
Qızıl Dərə vadisinin ən iri yataqlarından biri Börçi adlanır (sonradan bu qarşısına Xnov sözü əlavə edilmişdir). Burada Fiy-2 sənayedə çox faydalı olan mis konsentrantı kimi svin və sink, Fiy-1 dəmir sənayesində lazım olan mis, svin və bunun konsentrantının ehtiyatları yetərincədir. Bundan əlavə, Qdım, Tunnel, Suraçay, Boz Mis, Güney Xnov, Oqalmatex, Börçi-1, Börçi-2, Qalaqatxet, Güney yataqlarında mis emalı üçün yetərincə ehtiyatlar vardır. Bundan əlavə sulfid yataqlarının da mövcud olması, misin emalı üçün böyük bir mənbə hesab olunur. Qızıl Dərə yataqlarında sulfid metalı, sink və misin geoloji yataqlarından istifadə üçün hələ 1975-ci ildə 29 saylı geoloji yataqlardan istifadə qanunun 435-ci maddəsinə əsaslanaraq, bu yöndə 1992-ci il 21 fevral tarixində 2395-1 saylı sərəncam əsasında geoloji yataqlardan istifadə hüququnun olması kimi şərtlərə arxlanan bir sıra şirkətlər hal-hazırda bölgədə həmin yataqlar üzərində xüsusi paya sahib çıxmaq üçün hərəkətə keçmişlər.
Geoloqların və ekoloqların etirazlarına və elmi həqiqətlərinə, həyəcan təbili çalmalarına baxmayaraq, Axtı Çay və Samur çayları boyunca və xüsusilə Xnov-Börçi yataqlarına sahiblənmək üçün gərgin rəqabət yaşanılmaqdadır. Ekoloqların bildirdiyinə görə bu yataqlardan istifadə olunması üçün ilk öncə ekoloji təhlükəsizlik haqqında memorandum imzalanmalıdır. Çünki, bütövlükdə Güney Dağıstan bölgəsində iri sənaye müəssisələri yox dərəcəsindədir. Digər yandan isə Məhərrəmkənd, Axtı, Rutul, Kurax, Xiv, Süleyman Stalski və Doqquzpara rayonları boyunca iri istehsal vasitələrinin yaradılması və bu yöndə bölgənin tamamilə ləzgiləşdirilməsi kimi problemlərə cavab verə biləcək şərtlər də indi həmin yataqların istismarı məsələsində mühüm yer tutur. Bu sırada məşhur milyader və etnik mənşəcə ləzgi olan Süleyman Kərimov 2006-cı ildən indiyə kimi müəyyən təşəbbüsləri irəli sürsə də, hələ ki, bölgədəki yerli klanların və etnomafiyanın tələblərinə uyğun addım atmaqdan yayınmışdır. Çünki, onların şərtlərinə əməl etmək əlavə xərclər deməkdir. Kərimov yaranmış problemin həlli istiqamətində şahmatda olduğu kimi, böyük gedişlər edərək onun sahibi olduğu “Nafta Moskva” holdinqinin uzun müddət baş direktoru olmuş Oleq Lipatovun Dağıstan baş nazirinin 1-ci müavini postuna gətirtmişdir. Ekoloqlar isə bildirirlər ki, Qızıl Dərə yataqlarının ekoloji təhlükəsizliyinə əməl olunmazsa, Dağıstanın bütün güney bölgələri, eləcə də Azərbaycanın quzeyindəki ərazilər və Xəzər dənizi daha ağır təbii fəlakətlərlə üz-üzə qalacaqdır.
Məhkəmələr belə ekoloqları həyəcan təbilini tanımır
2001-ci il 16 mart tarixində paytaxt Mahaçqala məhkəməsi ekoloq alim Mirzəbəy Alimovun şikayətləri əsasında Qızıl Dərə yataqlarından istifadə və bunun ekoloji təhlükəsi barəsində iddialara baxmış və bölgədəki minerallardan istifadə haqqında istifadənin qanuni olması barəsində qərar qəbul etmişdir. Halbuki, Mirzəbəy Alimov iddia edirdi ki, Axtı Çay və Samur çayı vadiləri boyunca torpaqların erroziyaya uğraması və bunun qarşılığında isə bölgə əhalisinin məcbur olaraq Rusiyanın başqa bölgələrinə miqrasiya etməsi kimi təhlükənin yaranacağı təhlükələri irəli sürmüşdü. Məhkəməyə Alimov Qızıl Dərə vadisindəki yataqların şaxtalarından ekspertiza üçün nümunələri belə təqdim etmişdi. Onun iddiasında qeyd olunan əsas səbəblərdən biri də Samur çayı vasitəsilə Xəzər dənizinə tökülən çirkli suların miqyası və bunun gələcəkdə törədə biləcəyi fəsadların hesablamaları da yer almışdı. Məhkəmə ərəfəsində isə Alimovu ekoloq alim kimi deyil, sadəcə Dağıstandakı “balıq mafiyası”nın sifarişlərini icra etməkdə suçlandıranlar da peyda olmuşdular.
Qızıl Dərə vadisində mis və digər faydalı qazıntı yataqlarının istismarının tərəfdarlarının bu gün yenidən aktivləşməsi, Süleyman Kərimovun adamının baş nazirin 1-ci müavini təyin olunmasından sonra iddaların daha sərt xarakter alması müşahidə olunmaqdadır. Onlar Dağıstan və Rusiya hökumətini inandırmağa çalışırlar ki, Qızıl Dərə yataqlarının istismarı məsələsində ildə ən azından ən ağır qarışıq metal ionları qismində 10-12 min ton Xnov-Börçi yataqlarından mis və digər metal yataqlarını istismar etmək mümkündür. Ekoloqlar isə Rusiya prezidentinin 2007-ci il 12 mart tarixində imzaladığı № 319 saylı əmri əsas şərt kimi irəli sürürlər. Burada qeyd olunur ki, təbii ehtiyatlardan istifadə olunması halları zamanı federal ekoloji təhlükəsizlik stukturları mədənlərdən istifadə halları zamanı təbii aləmin ekoloji təhlükəsizliyinə birbaşa savabdehdirlər və bunu daim nəzarətdə saxlamağa borcludurlar.
Rusiya Texniki Nəzarət və Rusiya Təbii Ehtiyatalara Nəzarət dövlət komitələrinin də müdafiə etdikləri təbii resurslara nəzarəti diqqət mərkəzində saxlamaq üçün ardıcıl şəkildə Güney Dağıstana xüsusi komissiyalarını göndərməsi halları artsa da, hələlik hər hansı bir problem həll edilməmişdir. Çünki, bölgədəki Fiy-1, Fiy-2, Börçi -1 və Börçi-2 yataqlarının istismarı sahəsində ekoloji təhlükəsizlik haqqında heç kim öhdəlikləri öz üzərinə götürmək istəmir.
Aparılan araşdırmalar zamanı bəlli olmuşdur ki, Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarında Süleyman Kərimovun ən yaxın biznes ortağı, uzun illərdir çiyin-çiyinə çalışdığı, “Nafta Moskva” holdinqinin əsas maliyyə stukturu hesab olunan “İst” şirkətinin sahibi Alekdsandr Nersis adlı bir erməni daha çox maraqlıdır. Alekdsandr Nersis həm də “Rusiya Erməniləri İttifaqı” idarə heyətinin üzvüdür. Müşahidələrə görə Süleyman Kərimov Qızıl Dərə və Xnov-Börçi yataqlarının istismarının paketlərini ələ keçirəcəyi təqdirdə, Alekdsandr Nersisin komandasındakı erməni geoloqlar və metal sənayesi üzrə mütəxəssislər dərhal hərəkətə keçəcəklər. Beləliklə Ermənistandakı və Azərbaycanın işğal olunmuş ərazilərində faydalı qazıntı yataqlarını istismar etməklə Araz çayının həm də ekoloji təhlükəsizliyinə ciddi zərbələr vuran erməni geoloqları bu dəfə Xəzər dənizini və Samur çayını zəhərləməklə regionda digər problemlərin yaranmasında sanki maraqlı tərəf kimi görünürlər. Süleyman Kərimovu isə özünün biznes imperiyasının gəlirlərinin hüdudları maraqlandırır. Buna görə də, bölgədə ekoloqların həyəcan dolusu etirazlarını elə ləzgilərin sırasında müdafiə edənlər də tapılmışlar.
Yataqlar uğrunda savaşın gizlinləri
2006-cı il 30 avqust tarixində Qızıl Dərə yataqlarının istismarı üzrə Rusiyanın ən güclü maliyyə dayaqlarından biri olan “Rosİnvest” şirkəti bu yöndə vadiyə məxsus bütün səhm paketlərinin sahibi olmuşdu. Bunun üçün bölgədəki ərazilərdə yerli ləzgi əhalisindən kimin pay torpaqları var idisə, hər sota görə “Rosİnvest” şirkəti 10 min rubl (30 dollar) vəsait ödəmişdi. Heç kimin ağlına gəlmirdi ki, dərəli-təpəli və istifadə olunmayan bu ərazilərin indi qiyməti birdən birə min dəfə artmışdır. “Rosİnvest” bölgədəki yataqların istismarı sahəsində xeyli işlər də görmüşdür. İndi şirkətə qarşı yenicə yaradılmış “Ləzgi Fondu” yerli əhalini səfərbər edərək bir sıra iddialar irəli sürməkdədir. Xüsusilə metal ionlarının ekoloji təhlükni daha da ağırlaşması, insanlar arasında kütləvi şəkildə ağır xəstəliklərin yayılması hallarının artması, torpaqların çirklənməsi kimi halları bəhanə edərək “Rosİnvest”in sıxışdırılması halları müşahidə olunmaqdadır. Çünki, içməli su mənbələrinin laboratoriyalarda təhlili də bunu sübut edir.
2012-ci il 30 mart tarixində “Rosİnvest”ə və onun bölgədəki himayədarlarına qaşrı rəsmi dövlət qəzeti olan “Daqestanskaya Pravda” qəzetində belə açıq şəkildə hücumlar təşkil olunmağa başlamışdır. Bundan sonra ləzgilərin nəzarətindəki Respublika Prokurorluğu dərhal cinayət işi açmış və iqtisadi cinayətlər, ekoloji problemlər haqqında araşdırmalara başlamışdır. Bu cinayət işi üzrə “Ləzgi Fondu” prokurorluğa lazım olan bütün istintaq işlərinin hazırlanmasında lazım olan sənədlərin hazırlanmasında yaxından iştirak etmişdir. “Rosİnvest” indiki şəraitdə özünü müdafiə etmək üçün “МАX 13862” saylı hüquqi sənədi ortaya qoymuşdur. Bu sənədə görə Qızıl Dərə vadisinə şirkət tərəfindən qoyulan yatırımların miqyası irəli sürülməkdədir.
Süleyman Kərimovun tərəfdarları isə Qızıl Dərə yataqlarının istismarı sahəsində şaxtaların olmaması və müvafiq emal kombinatının tikilməməsi, digər infrastukturların yaradılmaması ittihamlarını irəli sürməyə başlamışlar. İddialarda yer alan səbəblərdən biri də bölgədə 70 milyon kolsedantın torpağa basdırılması, bu səbəbdən də yağmurlar nəticəsində yerin təkindən üzə çıxan ion çirklənmələrinin daha geniş əraziləri əhatə etməsi, heyvandarlığa daha çox zərər verməsi, otlaq örtüklərinin zəhərlənməsi faktı da qabardılmaqdaıdır. Halbuki, bölgədə belə bir durumun yaranmasının günakarı qismində yerli ləzgi milliyyətindən olan məmurların suçlu olması faktına kimsə toxunmur. Çünki, əhalini “Rosİnvest” şirkətinə qarşı üsyana sövq edən də elə həmin məmur mafiyasıdır. Necə deyərlər “dünənə görə sağ ol”, “sabaha görə kim daha çox ödəyəcəksə ona da sağ ol” misalı indi ən çox dəbdə fikir kimi səslənməkdədir. Tərkibində mis konsentrantı olan ekoloji çirklənməni bəhanə edənlər Axtı Çay və Samur çayı vadilərinin qorunması və bölgəyə daha çox effektiv şəkildə gəlir gətirə biləcək şirkətlərin dəvət olunması adı altında əslində Alekdsandr Nersisin strateji hədəflərinin gizlinləri də üzə çıxır. Belə ki, son bir ildə Quzey Qafqaz Erməni Kilsələri Şurasının yaratdığı “Güney Dağıstanda qədim xristian abidələri və mədəniyyətinin izləri” qrupu əslində bölgə əhalisini ələ almaq üçün ideoloji baxımdan bir sıra layihələri həyata keçirmişdir. İndi sırada Alekdsandr Nersisə məxsus şirkətlərin bölgədəki yataqların istismarını nəzarətə almaq və uzun müddətə hesablanmış strateji hədəfləri rəsmiləşdirmək kimi amillər yer almaqdadır. Hər tərəfdən Azərbaycana qarşı ekoloji mühiti ağırlaşdırmaq bu strategiyanın əsas hədəfidir.
Ənvər BÖRÜSOY

Bu xəbər oxucular tərəfindən 1879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |