25.11.2022 [12:31] - Gündəm, Siyasət, Türk dünyası-Turan
Şərq-Qərb istiqamətində Orta Dəhlizin əhəmiyyəti hər gün daha da artmaqdadır.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Türkiyə-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə bildirib.O qeyd edib ki, 2022-ci ildə bu dəhlizlə daşınan malların həcminin keçən ilə nisbətdə 6 dəfə daha çox, yəni 3,2 milyon ton olması gözlənilir.
Nazirin sözlərinə görə, beynəlxalq aktorlar da Orta Dəhlizə daha çox maraq göstərir.
“Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TANAP kimi layihələr strateji xarakter daşıyır. Azərbaycanın işğal altındakı torpaqları azad etməsi yeni imkanlar yaratdı. Qarabağı dünyaya açan Füzuli və Zəngilan hava limanlarını açdıq”, - o deyib.

Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |