19.01.2013 [11:27] - Gündəm, Güney Azərbaycan xəbərləri, Türkün şanlı tarixi, Siyasi partiyalar, Güney Azərbaycan-Təbriz
Vətən istiqlal və azadlıq şəhidlərini heç zaman unutmayacaq. 20 Yanvar faciəsi Bütün dünya Azərbaycanlıların hüzn və şərəf günüdür. Xalqımız bu faciədə Şəhid olmuş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Sabah "Qanlı Yanvar"ın 23-cü ildönümüdür. 23 il öncə Azərbaycan xalqının taleyində də nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.
20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı Rus və ermənilər tərəfindən törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Azərbaycanın müstəqiliyi bütün dünya azərbaycanlılarının özəliklə Güney Azərbaycan türklərinin ən başlıca hədəflərindənidi.Quzey Azərbaycanda başlanan milli azadlıq hərəkatında Güney azərbaycan türklərinində milli hərkat öncüllərinin həm sərhəd hərəkatında həmdə Bakıda geniş vüsət alan kütləvi akasiyalarda özünü büruzə verirdi.Güney Azərbaycan milli hərkat fəalları qan qardaşlarıilə birlikdə həm acı və həmdə millətin qəhrəmanlıq salnaməsini birlikdə tarixə həkk etdirdilər.Qnlı Yanvar faciəsində şəhid olan soydaşlarının xatirəsini əbədiləşdirmək üçün Təbrizdə,Ərdəbildə,Urmuda,Zəncanda və Tehranda 40 gün matəm mərsimiləri keçirildi.Fars molla rejiminin bütün təziq və təqiblərinə baxmayaraq Güney Azərbaycan Türkləri qan qardaşlarıilə həmrəy olduqlarını bütün dünyaya bəyan etdilər.Quzey Azərbaycanda milli azadlıq hərəkatının liderlərindən olan Fərəc Quliyevin rəhbərliyiilə yaradılan Qisas təşkilatına minlərlə güneyli milli fəal qoşulduğunu bəyan etdilər.20 Yanvar faciəsini dünya birliyinə çatdıran şəxslərdən biri də Böyük Britaniyadakı Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi idi. Onun sayəsində Böyük Britaniyada 1990-cı ildə 20 Yanvar hadisələrini dünya televiziyalarının ekranlarına çıxarmışdı. “BBC, Ay-Ti-Vi” və digər Televiziya şirkətləri bu dəhşətli faciəni işıqlandırdı. Efirdə Azərbaycanın haqq səsini dünyaya çatdıran professor Təbrizi Azərbaycan xalqını övladlarının fədakarlığını çıxışlarında dəfələrlə qeyd etmişdir. Məhz professorun sayəsində Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu.
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış bəzi respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Unutmayaq ki,Bütöv Azərbaycan Milli Azadlıq Hərəkatı hələ bitməyib torpaqlarımızın az bir hissəsində Müstəqil dövlətimiz qurulsada həldə tarixi ərazilərimizin 70% düşmənlərimizin əsarətindədir.
Müqəddəs bütöv Azərbaycan mücadiləsində ulu tanrıdan xalqımıza uğurlar bütün şəhidlərimizə rəhmət diləyirik.
MDHP Güney Azərbaycan Departamenti
MDHP Qərbi Azərbaycan Departamenti
19.Yanvar 2013-cü il

Bu xəbər oxucular tərəfindən 1600 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |