26.11.2022 [11:51] - Gündəm, Mədəniyyət
Bu gün “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin (İB) təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı konsert proqramı təqdim ediləcək. Həmçinin İB “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı kitabın və sənədli filmin təqdimatını keçirəcək. Film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə layihə çərçivəsində ekranlaşdırılıb.
Bu barədə İB-nin sədri, şair-publisist Güllü Eldar Tomarlı məlumat verib.
O deyib ki, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmin vaxtdan noyabrın 26-sı ölkəmizdə ''Azərbaycan kəlağayısı günü'' kimi qeyd olunmağa başlayıb.
Bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli-mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.
Güllü Eldar Tomarlı qeyd edib ki, olduqca zərif, gözoxşayan baş örtüyü - kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlayıb. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.
“Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapıb. Elə bu səbəbdən də Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri, tanınmış müğənnilər, muğam ustaları, aşıqlar Beynəlxalq Muğam Mərkəzinin səhnəsində geniş konsert proqramı ilə çıxış edəcək və konsertdə daha çox qədim baş örtüyümüz olan kəlağayıya həsr olunmuş bayatılar, şeirlər, mahnılar səsləndiriləcək”, konsertdən öncə, mənim 150-dən çox qədimi kəlağayılarım, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın milli geyim kolleksiyası və rəssam Gülnarə Məmmədovanın milliliyimizi, Zəfərimizi təcəssüm etdirən rəsm əsərlərinin sərgisi olacaq”, - deyə Güllü Eldar Tomarlı bildirib.

Bu xəbər oxucular tərəfindən 2332 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |