Şrift:
PKK terrorçuları Türkiyədə polis şöbəsinə hücum edib
01.11.2011 [11:56] - Xəbərlər
Türkiyə Mardin vilayəti Mazıdağ rayonu Seyhan polis şöbəsi PKK terrorçularının hücumuna məruz qalıb. Məlumata görə, ötən axşam yerli vaxtla saat 20.00 (Bakı vaxtıyla 22.00) radələrində terrorçular iki qumbaraatanla polis şöbəsinə atəş açıb. Təhlükəsizlik quvvələri dərhal terrorçuların açıdığı atəşə cavab verib. Atılan raketlərin polis şöbəsinin yaxınlığında partlaması insan təlafatı və dağıntının qarşısını alıb.

Hücumdan sonra ərazidə hərbi əməliyyatlar başlayıb. Xüsusi təyinatlı polis dəstələri havadan “Kobra” helikopterlərinin dəstəyi ilə terrorçuları yaxalamağa çalışır.
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed